"İvan Honçar" Muzeyi (ukr. Музей Івана Гончара) və ya Milli Xalq Mədəniyyəti Mərkəzi (ukr. Національний центр народної культури) — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən və Ukrayna mədəniyyətinə həsr olunmuş muzey.
İvan Honçar Muzeyi | |
---|---|
Музей Івана Гончара | |
| |
Əsası qoyulub | sentyabr 1993 |
Açılış tarixi | 1993 |
Ölkə | |
Yerləşir | Lavrskaya küçəsi, Kiyev, Ukrayna |
Kolleksiyası | 15,000+ |
Ziyarətçi sayı |
|
Direktor | Petro Honçar |
İş rejimi | 10:00—17:30 |
Bilet | 15 qrivna |
50°25′55″ şm. e. 30°33′27″ ş. u. | |
honchar.org.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Mərkəz etnologik tədqiqatlar, sahə ekspedisiyaları, elmi konfranslar, mədəni və bədii tədbirlər təşkil edir. Muzey Ukraynanın bütövlüyünün və identikliyinin qorunub saxlanılması, ölkədə milli şüurun canlanması, Ukrayna xalq incəsənətinin ən yaxşı nümunələrinin qorunub saxlanılması və İvan Makaroviç Honçarın xatirəsini əbədiləşdirilməsi niyyəti ilə 1993-cü ilin sentyabr ayında açılıb.
Muzey 1993-cü ildə Ukrayna heykəltəraşı və rəssamı İvan Honçarın şəxsi kolleksiyasının əsasında qurulub. İvan Honçar kolleksiyasını yığmağa 1950-ci illərin axırlarında başlamışdır. Ukraynada etdiyi səyahətlərdən Ukraynanın xalq incəsənət nümunələrini yığmışdır.[1]
O dövrün dövlət muzeyləri SSRİ dövrünün nailiyyətlərini qeyd etməsinə baxmayaraq, İvan Honçar yaradıcılığın ideoloji nüanslarına diqqət yetirmirdi. Onun maraqları Ukraynanın ənənəvi xalq incəsənitinin ictimaiyyətə nümayiş etdirilməsi idi. Nəticədə, ictimai muzey sadəcə Ukrayna SSR-də yox, bütün SSRİ respublikalarında diqqət əldə etmişdir. Muzey 1960-cı illərdəki milliyətçi hərəkatların mərkəzi olmuşdur.[2]
Muzey kolleksiyasında 2,700 parça (dəsmallar, köynəklər, xalçalar və s.), 700 keramika nümunəsi (dulusçu qablar, kafellər və s.) və bir sıra Pasxa yumurtaları, taxta məmulatları, dəmir əşyalar, şüşə qablar və yerli musiqi alətləri olmaqla 15 mindən çox etnoqrafik və bədii əşyalar var. Muzeydə çoxlu sənət əsərləri var. Muzeyin içərisində 2,750 kitab olan kitabxanası da var. Muzeydə İvan Honçarın çoxlu şəkilləri var.[3]