İvan Tixonov (21 aprel 1996[1]) — Rusiyanı və Azərbaycanı təmsil edən idman gimnastı.[2]
İvan Tixonov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | İvan Tixonov |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | 21 aprel 1996[1] (28 yaş) |
Boyu | 170 sm. |
İdman növü | İdman gimnastikası |
Məşqçisi | Ruslan İrqaşev, Eldar Səfərov |
Vikianbarda əlaqəli mediafayllar |
İvan Tixonov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçiləri Ruslan İrqaşev və Eldar Səfərovdur.
Rusiyada ciddi rəqabətə görə İvan Tixonov yığmanın əsas heyətində yer almağı bacarmırdı və buna görə də Dünya və Avropa Çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilmirdi. 2018-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) İvan Tixonova Azərbaycan yığmasının heyətinə cəlb elədi.[2]
2019-cu ildə Azərbaycanı Avropa Oyunlarında təmsil edən İvan Tixonov həmin il həm də Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.
İvan Tixonov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] İvan Tixonov ümumi nəticədə təsnifat mərhələsini 80.298 balla 45-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.[3][4] Ayrı-ayrı alətlərdə də İvan Tixonov final mərhələsinə vəsiqə qazana bilmədi.[3]
2022-ci ildə İvan Tixonov Konya şəhərində baş tutan İslam Həmrəyliyi Oyunlarında bir qızıl, bir gümüş və bir bürünc medala sahib oldu.