Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
2020 Yay Olimpiya Oyunları — rəsmi olaraq XXXII Olimpiada Oyunları olan və brend olaraq Tokio 2020 kimi tanınan 23 iyul — 8 avqust 2021-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən beynəlxalq çoxnövlü idman tədbiri. Bəzi yarışlar 21 iyuldan başlamışdı. 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən BOK-un 125-ci Sessiyasında Tokio ev sahibi şəhəri olaraq seçildi.[2]
2020 Yay Olimpiya Oyunları | |
---|---|
Şəhər | Tokio, Yaponiya |
İdmançıların sayı | 206[1], 11.420[1] |
Açılış mərasimi | 23 iyul |
Bağlanış mərasimi | 9 avqust |
Rəsmən açılışı edib | 23 iyul |
Olimpiya məşəli | Naomi Osaka |
Vikianbarda əlaqəli mediafayllar |
Yarışın ilkin olaraq 24 iyul 2020-ci il — 9 avqust 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılırdı. Lakin 20 mart 2020-ci ildə tədbir qlobal COVID-19 pandemiyası səbəbindən 2021-ci ilə təxirə salındı, bu, Olimpiya oyunları tarixində ilk belə hal idi, oyunların ləğv olunduğu hallar olmuşdu, amma vaxtının dəyişdirilməsi baş verməmişdi.[3] Bununla belə, tədbir marketinq məsələləri nəzərə alınaraq tədbir Tokio 2020 brendi adı altında keçirildi.[4] Pandemiya nəzərə alınaraq idman yarışları azarkeşlərsiz baş tutdu.[5] Oyunlara çəkilən ümumi xərclər 20 milyard dollardan çox idi, həmin tarixə qədərki ən bahalı Olimpiya oyunları hesab olunur.[6]
Üç namizəd şəhər var idi: Tokio, İstanbul və Madrid. Bakı və Doha da namizədlik üçün müraciət etsə də, namizəd şəhər statusu ala bilməmişdilər. Roma namizədliyini təklif edib, sonra isə geri götürmüşdü.[7][8]
Beynəlxalq Olimpiya Komitəsi 7 sentyabr 2013-cü ildə Argentinanın Buenos-Ayres şəhərində keçirilən BOK-un 125-ci Sessiyasında 2020-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin seçilməsinə səs verib.[8] Namizəd şəhərlərdən heç biri birinci turda 50%-dən çox səs qazana bilməyib; Madrid və İstanbul eyni sayda səs toplayaraq ikinciliyi bölüşürdülər, buna görə də iki şəhərdən hansının kənarlaşdırılacağını müəyyən etmək üçün ikinci tur səsvermə keçirilib. Bu səsvermədə Madrid daha az səs toplayaraq səsverməni uduzub. Yekun səsvermə Tokio və İstanbul arasında baş tutub. Tokio səs çoxluğu üçün lazım olan minimum 49 səs həddini keçərək ev sahibliyini əldə edib.[8]
Şəhər | Ölkə | Birinci tur | Kənarlaşdırma | İkinci tur |
---|---|---|---|---|
Tokio | Yaponiya | 42 | — | 60 |
İstanbul | Türkiyə | 26 | 49 | 36 |
Madrid | İspaniya | 26 | 45 | — |
2020 Yay Olimpiya Oyunları üçün tədbir proqramı BOK-un idarə heyəti tərəfindən 9 iyun 2017-ci il tarixində təsdiq edilib. BOK prezidenti Tomas Bax bildirib ki, onların məqsədi Oyunlara "gənc" və "şəhər" görüntüsü vermək və qadın iştirakçıların sayını artırmaqdır.[10][11]
Oyunlarda cəmi 33 müxtəlif idman növü üzrə 339 yarış keçirilib.