İvana Miloş — karyerasını AGİL Novarada davam etdirən xorvatiyalı blokçu.
İvana Miloş | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 mart 1986 (38 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | xorvatiyalı |
Voleybolçu məlumatları | |
Boyu | 1.87 m |
Çəkisi | 70 kq |
Zərbəsi | 315 sm |
Bloku | 307 sm |
Mövqeyi | Blokçu |
Karyerası | |
Komandası | AGİL Novara |
Nömrəsi | 10 |
Klub karyerası | |
2001–2010 2010–2011 2011–2012 2012–2013 2013– |
ZOK Riyeka İqtisadçı Lokomotiv Bakı Volley 2002 Forli AGİL Novara |
Milli komanda karyerası | |
2011– | Xorvatiya |
Vikianbarda əlaqəli mediafayllar |
İvana Miloş peşəkar karyerasına 2001-ci ildə öz ölkəsinin voleybol komandası olan Riyekada başlamışdır. Onun bu klubda çıxış etməsində bir sıra səbələr var idi. Başlıca amil isə doğma şəhərində oynamaq istəyi idi. Öz komandasına bağlılığı ilə seçilən Miloş doqquz il bu klubda voleybol oynamışdır. Bu müddət ərzində o, 4 dəfə Xorvatiya çempionluğuna, 5 dəfə isə kubokuna yiyələnmişdi.
2009-cu ildə Xorvatiya milli voleybol komandası ilə birlikdə Peskara şəhərində keçirilən Aralıq dənizi oyunlarında bürünc medal qazanaraq yığma komandadakı ən böyük uğurunu qazanmışdı.
2010–11 mövsümündə karyerasını Azərbaycanda davam etdirən voleybolçu bunun onun arzusu olduğunu söyləmişdi.[1] O, sözügedən mövsümdə İqtisadçı ilə Azərbaycan Superliqasının bürünc medallarına yiyələnmişdi.
2011-ci ildə Azərbaycanın digər bir voleybol klubu olan Lokomotivə transfer olunan İvana burada Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanaraq ilk belə uğuruna imza atmışdı.[2]
Növbəti mövsüm Lokomotivdən ayrılaraq Türkiyə klubu Eczacibaşı ilə anlaşan Miloş[3] bu klubda bir oyun belə oynamadan geri dönmüşdü. Daha sonra Volley 2002 Forlinin isti təklifini qəbul edərək legioner həyatını İtaliyada davam etdirmişdi.[4]
2013–14 mövsümündə voleybolçu A1 Seriyasında keçmiş günlərini axtaran adlı-sanlı AGİL Novara komandasından gələn təklifi qəbul edərək Novara şəhərinə yollandı.[5]