İzmirin Mühasirəsi Türk əsilli [1] Əmir Teymurun 1402-ci ilin dekabrında İzmir limanını və dəniz qalasını Rodosdan olan Malta ordeni cəngavərlərindən almasıdır. Türklər limanı mühasirəyə aldılar və mühasirə avadanlıqları ilə istehkamlara iri daş parçaları atdılar, sayı cəmi 200-ə yaxın olan cəngavərlər isə oxlar və yandırıcı raketlərlə cavab verdilər. Cəngavərlər iki həftə ərzində özlərindən daha güclü rəqibə müqavimət göstərdikdən sonra qalanın xarici divarları lağımlarla dağıdıldı və onları aşmaq mümkün oldu. Qarnizonun bir hissəsi dəniz yolu ilə qaçdı, lakin şəhər və onun sakinləri məhv edildilər.
İzmirin mühasirəsi | |
---|---|
Tarix | dekabr 1402 |
Yeri | |
Mühasirənin əsas yazılı mənbələri Teymurun xələflərinin xidmətində yazan ərəb tarixçisi İbn Ərəbşah və fars tarixçiləri Şərəfəddin Əli Yəzdi və Mirhənddir. XVII əsrin əvvəllərində Cakomo Bosio tərəfindən yazılmış Malta ordeni cəngavərlərinin rəsmi tarixi də mühüm mənbədir. Neşri və Künhü'l-Əhbarın yazıları, Gelibolulu Mustafa Əlinin yazıları Osmanlı perspektivindən, Dukas və Laonikos Halkokondilis Bizanslı perspektivindən; Agostino Giustiniani də Genuyalıların perspektivindən hadisəni nəql etmişdir.
1334-cü ildə səlib yürüşündə İzmir alındı və Papa dövlətinin şəhəri oldu. Türklər Kadifekaleni tutdular, ancaq dəniz qalası limanın nəzarətini Səlibçilərdə saxladı. 1374-cü ildən sonra Rodos cəngavərləri dəniz qalasının müdafiəsini öz üzərinə götürdülər.[2] 1400-cü ildə Teymur Osmanlı imperiyasına qarşı müharibə elan etdi və 20 iyul 1402-ci ildə Ankara döyüşündə qalib gəldi.[3]
Ankaradan sonra Yenifoçadakı Genuya maonasındakı hərbi kazarma Qaleazzo adlı bir adamı şərtləri müzakirə etmək üçün Teymurun düşərgəsinə səfir göndərdi. Üç gün orada qalan Qaleazzo sentyabrın 22-də razılaşma ilə Yenifoçaya qayıdır.[3] Daha sonra Xios adasına Genuya manoasının üzvü Dominik de Alamaniya adlı cəngavər göndərildi[a] və o, yerli liderləri Teymurla müttəfiqlik etməməyə çağırdı.[5]
Teymurun orduları Anadolu çöllərindəki türk məskənlərini hədəfə alarkən, Rodos cəngavərləri İzmirin müdafiəsinə hazırlaşırdılar. 1398-ci ildə Gilloyme de Munte adlı cəngavərin göstərişi ilə qala ilə materikdən ayrılan dənizə aparan burun boyunca dərin bir xəndək qazıldı. 1402-ci ildə İzmir qarnizonunda Kastiliyalı İniqo de Alfaronun komandanlığı altında 200 cəngavər var idi.[3] [5] [2] Qarnizonun maaşı ildə hər cəngavər üçün 100 florinə qədər yüksəldi. İzmirin müdafiəsi üçün artan xərcləri ödəmək üçün mərkəzi monastır digər monastırlardan 20.000 florin məbləğində fövqəladə müavinət ayırdı.[b] [6]
Admiral Buffilo Panizzatti 1402-ci ilin yayında [c] müdafiə hazırlıqlarına cavabdeh idi, o da İlxanlılar gəlməmişdən əvvəl müdafiə sistemini gücləndirmək fikrində idi. Limandan daima sursat, ləvazimat, pul və dəstək qüvvələri gəlirdi. Qarnizonun davranışı özünə inamlı idi. Teymur haqqında araşdırma aparan tarixçilərin fikrincə, qalanın keçilməz olduğu düşünülürdü.[3] [5] [2] Kənd yerlərində yaşayan yunanlar sığınacaq üçün şəhərə qaçdılar.[6]
Mühasirə xərclərinin qarşısını almaq üçün Teymur iki elçini, Mirzə Pir Məhəmməd və Şeyx Nurəddini göndərdi ki, cəngavərlərə ya İslamı qəbul etsinlər, ya da cizyə ödəmələri tələbini çatdırsınlar.[3] Tələb rədd edildi, lakin Rodosdakı Böyük Rəhbər Filibert de Neyllakın Kritdən olan elçisinə görə, Böyük Rəhbər Teymura elçi göndərmişdi.[7] Dövrün papa notariusu Niehaymlı Ditrixin dediyinə görə, İniqo adlı bir xristian yepiskopunun ona təklif etdiyi kimi Teymurun bayrağını divarlara assaydı, İzmir xilas olacaqdı. Ditrix həmin yepiskopun adını çəkməmişdir, lakin onun Naxçıvanın katolik yepiskopu Fransisk olduğu güman edilir.[8]
2 dekabr 1402-ci ildə ( 6 Cəmadiyələvvəl 805) Teymur özü orta ordusunun başında İzmir qapılarına gəldi. Sonra nəvəsi Məhəmməd Sultan Mirzənin komandanlığı altında olan sol ordusuna, oğlu Miranşahın komandanlığı altındakı sağ ordusuna da ona qoşulmağı əmr etdi. Orta ordu bərzəx boyunca divarları katapultlarla bombalamağa başladı və lağımlarla divarları dağıtmaq üçün işə başladı.[3] Müəyyən anda xəndək doldu.[9] Nəhəng taxta təkərləri olan böyük, örtülü platformalar xarici divara doğru itələnmişdi. Hər biri 200 adam tuta bilərdi. Nərdivanlarla əhatə olunmuş şəkildə onlar divarı yarmağa cəhd göstərdilər. Ümumi mühasirə qüvvələri 4000 nəfərdən ibarət idi. [6]
Teymuri tarixçilərinin yazdığına görə, Teymur Məlikşaha limanın girişini bağlamaq üçün dayaqlar üzərində böyük taxta platforma tikməyi əmr etmiş və bu, üç gün çəkmişdir. Dukas isə əksinə, gəmilərin qarşısını almaq üçün limanın daşlarla doldurulduğunu deyir. [3] Bir neçə gün ərzində sağ və sol ordular meydana yetişdilər və ümumi bombardman əmri verildi. Barıtdan bəhs edilməsə də, müdafiəçilər naftadan və yunan atəşindən istifadə ediblər. Şərafəddinə görə:
Katapultlar və qoçbaşlar [mühasirədə istifadə olunan] divarları və qüllələri sındırdılar və qorxmaz mühasirəyə alınan cəngavərlər təkərli oxları [ sic ], nafta çanağı, yunan atəşi, fişəng oxları və daşları keçmədən atmağı dayandırmadılar. Bu vaxt elə güclü yağış yağdı ki, sanki dünya ikinci seldə məhv olacaqdı.[3]
Çöl divarları yalnız iki günlük lağımdan sonra sındırıldı. Bunun üçün Teymur tunelləri dəstəkləyən çalı yığınlarının yandırılmasını əmr etdi. Nəticədə istehkamları məhv edən və müdafiəçiləri dağıntılar altında qoyan partlayış oldu. Sonra Teymurun qoşunları şəhərə daxil oldular. Bəzi xaotik döyüşlərdən sonra cəngavərlər öz gəmilərinə qaçdılar və yerli xristian əhali öldürüldü. Yardım üçün şəhərə gələn bəzi gəmilər mühasirə qurğularını görüb geri çəkildilər, çünki həm atılan daşlar onlar üçün təhlükə idi, həm də öldürülənlərin başı onlara doğru atılırdı. Şəhərin özü və ya səlibçilərin nəzarəti altında olan bir hissəsi tamamilə məhv edildi. [3] [9] [2] [6] Mühasirə on beş gün davam etdi. Kastiliyalı İnigo de Alfaro [10] kimi bəzi cəngavərlər öz qayıqlarına atılaraq qaçmağı bacardılar.[5]
İzmirdən geri çəkilməzdən əvvəl Teymur dəniz qalasının dağıdılmasını və əvvəllər akropolu qoruyan və türklərin əlində olan Kadifekalenin möhkəmləndirilməsini əmr etdi.[9]
İzmirin fəthindən sonra Foçadakı Genuya məntəqəsi Teymurun nəvəsi Məhəmməd Sultan Mirzənin ordularının təhlükəsi altında idi. Yenifoçanın ardınca döyüşmədən təslim oldu. Lesbos lordu II Françesko Qatilusio da Məhəmməd Sultana təslim oldu və xərac verməyi təklif etdi. Saqqız adasındakı Genuya məmurları və Osmanlı şahzadəsi İsa Çələbi Ayasolukda (indiki Səlcuq) Teymurun yanına elçilər göndərərək hörmətlərini bildirdilər. Bu təslimlər nəticəsində Teymur donanması olmadığı halda Egey dənizində iki adanı ələ keçirdi.[3] [2]
İzmirin mühasirəsi xəbəri Qərbi Avropada geniş yayılmasa da, [6] Teymurun hərbi gücünü hamıya məlum etdi.[3] İzmirin fəthi xəbəri Bizans kanalları ilə 28 fevral 1403-cü ildə Araqon kralı Martinə çatır. O, həmin gün Kastiliya kralı III. Enrikeyə məktub yazaraq Timuru amansızcasına tənqid edib. O həmçinin mart ayında Papa XIII. Benediktə Teymura qarşı səlib yürüşü başlamaq fikrini təklif etdi. Lakin Teymur illərdir Bizans İmperiyasını (və İzmiri) sıxışdıran Osmanlı imperiyasını döyüşdə məğlub etdiyi üçün Avropada ona qarşı ümumi münasibət müsbət idi.[7] [8]
Andrea Redusio de Quero özünün Chronicon Tarvisinum- da yazdığı kimi, Teymur İzmirin fəthindən çox qürur duyurdu, çünki şəhər Osmanlının çoxsaylı səylərinə müqavimət göstərmişdi.[8]
İzmir itirildikdə və Osmanlı İmperatorluğu Fetret Dövrünə daxil olduqda, Filibert de Neyllak 1402-08-ci illər arasında Anadolu sahillərinin çox cənubunda yerləşən antik Halikarnas şəhərini almaq fürsəti əldə etdi. Orada o, Müqəddəs Pyotr (və ya şəhərin türkcə Bodrum adının mənşəyi olan Petrounion) qalasını tikdi. Bu qala 1523-cü ilə qədər Cəngavərlərin nəzarəti altında qaldı. [11]