İbn Ərəbşah

Əhməd İbn Məhəmməd ibn Ərəbşah (15 noyabr 1389, Dəməşq, Məmlük dövləti24 avqust 1450, Qahirə və ya Misir) — ərəb tarixçi.

İbn Ərəbşah
ərəb. أحمد بن مُحمَّد بن عبد الله بن إبراهيم الدمشقي
Doğum tarixi 15 noyabr 1389
Doğum yeri
Vəfat tarixi 24 avqust 1450 (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti yazıçı, tərcüməçi, səyyah, tarixçi, dilçi
İmza

İbn Ərəbşah 5 noyabr 1389-cu ildə Dəməşq şəhərində anadan olub, 1450-ci ildə isə Qahirədə vəfat etmişdir. O, 1401-ci ildə 12 yaşında ikən, Əmir Teymur Dəməşqi ələ keçirmiş, onu, anası və qardaşları ilə birlikdə, yerli sakinlərdən əsir etdiyi bütün intelektual qismin özləri və ailələri kimi Səmərqəndə göndərmişdir. İbn Ərəbşahın 1408-ci ilə qədər Orta Asiyada nə işlə məşğul olması məlum deyil, əsərlərindən yalnız bu anlaşılır ki, əmirlər, alimlər və şahmatçılar arasında imiş. Güman edilir ki, o, həmin müddət ərzində Əmir Teymurun nəvəsi Xəlil sultanın xidmətində olmuşdu.

Əhməd İbn Ərəbşahın bioqrafiyası

İbn Ərəbşah Səmərqənddə yaşadığı müddət ərzində təhsil almış, fars, türk və monqol dillərini öyrənmişdir. O, 1408-ci ildə səyahətə başlayaraq, əvvəl Çinə yollanmış, sonra oradan Krıma qədər uzaq bir məsafəni qət etmiş, buradan isə Ədirnəyə getmişdir. Ədirnədə ərəb və fars dillərində olan ədəbiyyatı türkcəyə tərcümə etmək işi ilə məşğul olan müəllif, daha sonra Türk sultanı Sultan Məhəmmədin (1402–1421) sarayında mirzəlik etmişdir. Sultan Məhəmmədin ölümündən sonra Hələbə getmiş, oradan isə doğma şəhəri olan Dəməşqə qayıtmışdır. 1428-ci ildə (Həcc ziyarətinə gedib-gəldikdən sonra) elə burada elmi-ədəbi fəaliyyətə başlayan İbn Ərəbşah, eyni işi Qahirəyə köçdükdən sonra davam etdirirmiş və orada teymurilərdən bəhs etdiyi "Əcaibül-məqdur fi nəvaib timur" adlı məşhur əsərini qələmə almışdır.[1]

Əsərdə Azərbaycan tarixçiliyi üçün maraqlı və əhəmiyyətli məqamlar çoxdur. Maraqlıdır ki Əmir Teymurun sonuncu Gürcüstan yürüşü (1403) barədə İbn Ərəbşahın qələmə aldığı bəhslər də əslində Gürcüstana yox, Şəkiyə aiddir. Belə ki bu hekayətlərdə "Gəl-Gör-Get" adlı bir qaladan da bəhs olunur, Şirvanşah Şeyx İbrahimin dili ilə isə yerli əhali gürcü yox, "tatar" adlandırılır. Bu zaman aydınlaşır ki, hekayətlərdəki "gürcü" sözləri millət yox, hümmət və məzhəb, yəni "xristian provoslav" mənasında işlədilmişdir.[2][3]

  1. Убайдулла Уватов, "Аджаиб ал-макдур фи наваиб Тимур", 1974, səh.10,11,26.
  2. "İbn Ərəbşah və onun "Əcaibül-məqdur fi nəvaib timur" əsəri". 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-02.
  3. "Teymurun, Şəki ölkəsindəki mağaralıq ilə Gəl–Gör–Get qalasını ələ keçirməsi və Şirvanşah Şeyx İbrahimin aradüzəldənlik etməsi ("Əcaibül-məqdur fi nəvaib timur" bəhsinin azərbaycancaya tərcüməsi)". 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-02.