İzzət Həmidov (tam adı: İzzət Ataykişi oğlu Həmidov; 5 dekabr 1930, Kərimli, Vartaşen rayonu – 22 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
İzzət Həmidov | |
---|---|
Həmidov İzzət Ataykişi oğlu | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
İzzət Həmidov 1930-cu ilin 5 dekabr tarixində Kərimli kəndində anadan olub. Yer Quruluşu Layihə İnstitutunda işləyib. Yanvarın 20-də həyat yoldaşı ilə öz avtomobillərində iş yerinə tərəf gedirmiş. İnstitut Salyan kazarmasının yanında yerləşir. İnstitutun yanında yol bağlı olmasını gördükdə, maşını saxlayıb düşür. Yol kənarında tanışlarına rast gəlir. Onlarla söhbət eləməyə başlayır və bu zaman açılan atəş nəticəsində yerə yıxılır. Onu təcili yardım xəstəxanasına çatdırlar və əməliyyat edilir və güllə çıxarılır. Vintşəkilli güllə onun budundan dəyib, qarın nahiyəsini tamamilə dağıtmışdı. O iki gün reanimasiya şöbəsində qaldıqdan sonra, 22 yanvar, saat 12.00-da dünyasını dəyişmişdir. 3 övladı, 4 nəvəsi var. Şəhidlər xiyabanında dəfn edilib.[1]