İzzət Rövşən oğlu Həmidov (28 fevral 2000 – 9 oktyabr 2020, Alxanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
İzzət Həmidov | |
---|---|
İzzət Rövşən oğlu Həmidov | |
Şəxsi məlumatlar | |
Ləqəbi | nigeriyalı |
Doğum tarixi | 28 fevral 2000(2000-02-28) |
Vəfat tarixi | 9 oktyabr 2020(2020-10-09) (20 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Rövşən Həmidov |
Anası | Vəfa İsmayılova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | manqa komandiri |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
İzzət Həmidov 28 fevral 2000-ci ildə doğulub. 2020-ci il oktyabrın 9-da Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, bu zaman bir ilin əsgəri olub.
Şəhidimizin anası Vəfa İsmayılova oğlu ilə bağlı xatirələrini bizimlə bölüşüb. 3 oğul anası olduğunu bildirən Vəfa xanımın sözlərinə görə, İzzət onların ən böyüyü olub
"İzzət həm də ən ağıllı oğlum idi. 12 yaşına kimi rəqqas idi, telekanallara da dəvət edirdilər. Bir az böyüyəndən sonra rəqsdən uzaqlaşdı. Eyni zamanda, uşaqlıqdan futbol həvəskarı idi. Bakının AZAL klubununun aşağı yaş qrupunda çıxış edirdi. İzzət əsgərliyə könüllü gedib. Çünki uşaqlıqdan böyrəyində, ayağında problem var idi deyə, hərbi xidmətə yararlı deyildi. Buna görə dövlət tərəfindən oğluma aylıq müavinət də verilirdi. Amma oğlum hərbi xidmətə getmək üçün həmin müavinətdən imtina etdi. Bir il hərbi komissarlığa gedib inad etdi ki, məni əsgərliyə aparın. Deyirdi ki, hərbi formanı geyinmək ən böyük arzumdur. Böyrəyindəki problemə görə oğlumdan xahiş etdim ki, futboldan uzaqlaşsın. Sonra AAFF Parkda lahmacun-pizza ustası kimi işləməyə başladı. İki ildən çox orada işlədi. Şəhid Cəbrayıl Dövlətzadə ilə bir yerdə işləyirdilər, dost idilər. Cəbrayıl da orada aşpaz idi".