Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
İzzət Rüstəmov – Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru.
İzzət Rüstəmov | |
---|---|
1994 – 1999 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1932 (92 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | filosof |
Uşağı | |
|
|
Təltifləri |
İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışır.
100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir.
1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir[1].
20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir.
Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.