Şöhlət Əfşar (d.1949 - ö.2022) — Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü.
Şöhlət Əfşar (Axundov Şöhlət Əşrəf oğlu) 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1967-ci ildə Ağcabədi rayonun Avşar kəndində yerləşən Nizami adına orta məktəbin XI sinfini bitirmişdir.
1968–ci ildə Gəncə şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinin qiyabi şöbəsinə daxil omuşdur.
1971—1973 – cü illərdə Belarusiya SSR, Mogilyov vilayəti, Bobruysk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur.1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsititunun aqronomluq fakültəsini müvəffəqiyyətlə bitirib alim-aqronom ixtisası almışdır.
1998-ci ildə göndərişlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ikinci təhsil, qiyabi şöbə) İnzibati İdarəetmə fakültəsinə daxil olub, 2002-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
1973—2006-cı illərdə Ağcabədi rayonunda dövlət orqanlarında və təsərrüfat sahəsində bir sıra rəhbər vəzifələrdə işləmişdir. III dərəcəli Dövlət qulluqçusudur.
2022-ci il 6 fevral tarixində vəfat edib.[1]
May 2006-cı il tarixdən noyabr 2011-ci il tarixə kimi “Vəfa” jurnalında əməkdaş və redaksiya heyətinin üzvü, “Zamanın nəbzi” İctimai-siyasi qəzetinin Baş redaktoru, fevral 2011-ci il tarixdən həmin qəzetin Təsisçisi və Baş redaktoru, noyabr 2014-cü il tarixdən hal-hazıra kimi “Uvertüra” ictimai-siyasi və ədəbi qəzetinin Təsisçisi və Baş redaktoru kimi fəaliyyət göstərir.
1973-cü ildən etibarən Ağcabədi rayonunda nəşr olunan “Aran” (Əvvəllər “Sürət” adlanırdı) qəzetində vaxtaşırı (“İqtisadiyyat, intensivlik və...”, “Kəmiyyət keyfiyyətin düşmənidir”, “Soya qiymətli yem bitgisidir”, “Alın təri ilə qazanılmış şöhrət” və s.) publisistik məqalələrlə çıxış etmişdir.
1994-cü ildən başlayaraq respublikada nəşr olunan “Səs”, “Vətən səsi”, “Yeni Azərbaycan ”, “Sahil”, “Kredo”, “Zamanın nəbzi”, “Ədəbiyyat”, “525-ci qəzet”, “Bütöv Azərbaycan”, “Yeni Təfəkkür”, “Şuşa”, “Uvertüra” qəzetlərində “Vəfa”, “Ulduz”, “Folklor” jurnallarında və s. mətbu orqanlarda müxtəlif publisistik yazıları, hekayələri, novellaları, şeirləri və poemaları çap olunmuşdur. 19—23 iyun 2017-ci ildə Türkiyənin Kayseri şəhərində Türk Birliyi Kurultayı Aksakkallı Heyeti Danışma Kuruluna üzv seçilmişdir.
1. “Sükutdan asılmışam” ,şeirlər(“Nurlan” nəşriyyatı—2007)
2. “Dodaqdan könüllərə” ,şeirlər ( “Nurlan” nəşriyyatı—2008)
3. “Muğamın sədası” ,publisistika, Həmmüəllif, ("Şur" nəşriyyatı—2008)
4. “Həyat sən öyrədən deyil, müəllim!” , poema , (“Apostrof” cap evi—2011)
5. “Bu dünyanın havasına oynama”, şeirlər, poemalar, ( “Nurlar” nəşriyyatı—2013)
6. “Poema-Trilogiya” – (“Nurlar” nəşriyyatı—2015)
1. “Şuşanın şikəstəsi” (bəstəkar – Əməkdar incəsənət xadimi Tahir Əkbər, ifa — Xalq artisti Nəzakət Teymurova),
2. “Ey Vətən” (Bəstəkar – Zümrüd Tağıyeva, ifa — Xalq artisti Azərin),
3. “Üçrəngli Bayrağım” (musiqisi və ifa — Əməkdar artist Teyyub Aslanov),
4. “Ağcabədim” (musiqisi və ifa — Əməkdar artist Teyyub Aslanov),
5. “Biləcəksənmi” (musiqisi — Aida Vəfa, ifa – Aynur Dadaşova) və s. mahnılar yazılmış, həmin mahnılar müxtəlif televiziya kanallarında və radio dalğalarında yayımlanırlar.
Çəkilmiş kliplər (Kliplər vaxtaşırı AzTV1, İctimaiTV, Lider və Space TV kanallarında yayımlanmaqdadır) :
1. “Şuşanın şikəstəsi” mahnısına (layihənin rəhbəri Bəxtiyar Qaraca, rejissor Kəmalə Mirzəyeva ),
2. “Ey nər igidlər” (İctimai TV kanalının layihəsi əsasında, qiraətçilər — Zülfiyyə Eldarqızı, Samir Əlizadə, Vüqar Nəcəfov )
3. “Üçrəngli Byarağım” (İctimai TV kanalının layihəsi əsasında qiraətçi Əməkdar incəsənət xadimi Ağalar Bayramov ) ,
4. “Vətən, başın sağ olsun!” şeirinə ( Layihənin rəhbəri Bəxtiyar Qaraca, Baş məsləhətçi Əflatun Amaşov, qiraət edir Xalq artisti Məleykə Əsədova, rejissor Günel Firuz, operator Mətləb Yaquboğlu)
Müxtəlif vaxtlarda Az. TV1 kanalında yayımlanan “Səhər” və “Yurd yeri” , İTV kanalında yayımlanan “Ovqat”, “Səhər sovqatı”, “Yeni gün” səhər poqramlarının qonağı olmuşdur.
2009-cu ildə “STS MMC” prodakşın studiyası şeirlərimə (qiraətçilər – Xalq artisti İlham Əsgərov, Aşıq Zülfiyyə, ifa — xalq artisti Könül Xasıyeva, instrumental alətlərlə — xalq artisti Möhlət Müslümov—tar , xalq artisti Fəxrəddin Dadaşov-kamança, əməkdar artist Şirzad Fətəliyev— balaban, Şəfa—ud, Elçin-qarmon) hər biri 80 dəqiqə olan iki disk—albom buraxmışdır.
2014-cü ildə Təbrizdə, Təbriz və Qaradağ aşıqlar birliyinin rəhbəri Böyükbəy Ələkbəroğlunun layihəsi və rəhbərliyi ilə Təbriz, Qaradağ aşıqları Çingiz Biriya, Novruz Çəməni, Cavad Məhərrəmi, İbrahim Qaradağlı, Ələsgər Vənyarlı, Əsgər Məhərrəmi, Böyükağa Əlizadə, Davud Əbbasi, Məhəmməd Xirədməndi, Cəfər Xakpur, Məhərrəm Abdullahzadə, Həsən Məhəmmədi və Həsən Babayinin ifalarında sözləri Şöhlət Əfşarın şeirlərindən ibarət olan 3000 tirajla disk—albom buraxılmışdır. Buraxılmış disk—albomda aşıqlarla bərabər Təbriz radiosunun diktoru Ruqiyyə xanım onun şeirlərini qiraət etmişdir.
Ailəlidir, 4 övladı var.
1. http://qafqazinfo.az/news/detail/sohlet-efsar-genclerin-dostu-elan-edildi-130639
2. http://turuz.com/saz/search?content=&q=%C5%9E%C3%B6hl%C9%99t+%C6%8Ff%C5%9Far
3. http://azpress.az/index.php?lang=az§ionid=news&id=61947
4. http://www.anl.az/down/meqale/525/2011/dekabr/221229.htm
5. http://modern.az/az/news/84921#gsc.tab=0
6. http://525.az/site/?name=xeberprint&kecid=1&news_id=49613