Şövkət Zərrin Horovlu

Şövkət Zərrin Horovlu (əsl adı:Şövkət Qulam qızı Hüseynova; 20 mart 1941, Horovlu, Cəbrayıl rayonu) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Şövkət Zərrin Horovlu
Doğum adı Şövkət Qulam qızı Hüseynova
Doğum tarixi 20 mart 1941(1941-03-20) (83 yaş)
Doğum yeri
Fəaliyyəti şair, yazıçı

Şövkət Qulam qızı Hüseynova (Şövkət Zərrin Horovlu) 1941-ci il mart ayının 20-də Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. 7-ci sinfi həmin kənddə bitirib. Sonra təhsilini Cəbrayıl rayon orta məktəbində davam etdirib. 1968–1974-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. 1972–2010-cu illərdə Bakı məktəblərində Azərbaycan diliədəbiyyat müəllimi, metodist işləyib.[1]

Şövkət Zərrin Horovlu gənc yaşlarından şeir yazmağa başlayıb. Azərbaycanlı yazıçı Pənahi Makulunun yaradıcılığı ilə əlaqədar tədqiqat aparıb. Ailə vəziyyəti ilə əlaqədar 1977–1980-ci illərdə Əfqanıstan Demokratik Respublikasında olub. Əfqanıstan müharibəsində Şövkət Zərrin Horovlunun "Duyğu yarpaqları" əsərinin əlyazması yandığına görə yaradıcılığında durğunluq yaranıb.[2][3]

Ş. Z. Horovlu 1985-ci ildə yenidən ədəbiyyata qayıdaraq və yaradıcılıqla məşğul olmağa başlayıb və "Çinar həsrəti" kitabını nəşr etdirib. Qarabağ müharibəsinə, erməni işğalına həsr olunmuş poema və şeirlər, roman, hekayə və povestlərin müəllifidir. "Mən Arazın qızıyam", "Sözün işığı", "Dünya, səndən nigaranam", "Ürəyim dan yeridir", "Sənsiz ağlayan nəğmə", "Sənsizlikdən sənəcən", "Ömür darıxanda" və s. əsərləri dörd cilddə toplanıb. Əsərləri dövri mətbuatda çap olunur.[2]

"Qızıl qələm" , "Rəsul Rza" , "Mikayıl Müşfiq" mükafatları, Mahmud Kaşğari adına Beynəlxalq Fondun "Türk Törə Ocağı" mükafatı ilə, eləcə də pedaqoji fəaliyyətinə görə fəxri fərmanlarla təltif olunub.[3]

4 övladı, 8 nəvəsi, 5 nəticəsi var.

  • "Çinar həsrəti". Bakı, 1999
  • "Mən Arazın qızıyam". Bakı, 2001
  • "Sözün işığı". Bakı, 2004
  • "Dünya, səndən nigaranam". Bakı, 2006
  • "70 illik ömür yolu". Bakı, 2007
  • "Heykəlləşən qatar". Bakı, 2008
  • "Ürəyim dan yeridir", Bakı, 2010
  • "Mənim dünyam". Bakı, 2011
  • "Əbədiyyətə qədər". Bakı, 2015
  • "Tale yolu". Bakı, 2015
  • "Sənsiz ağlayan nəğmə", Bakı, 2018
  • "Oxu əllərimi". Bakı, 2020
  • "Arazdan gələn səslər". Bakı, 2010, 2023
  • "Köynək". Bakı, 2018
  • "Açılmamış zərf". Bakı, 2019
  • "Axırıncı gediş" (roman). Bakı, 2023, 2024
  • "Seçilmiş əsərləri". I cild. Bakı, 2014
  • "Seçilmiş əsərləri". II cild. Bakı, 2015
  • "Seçilmiş əsərləri". III cild. Bakı, 2016
  • "Seçilmiş əsərləri". IV cild. Bakı, 2022

Bundan əlavə, Şövkət Zərrin Horovlunun uşaqlar üçün 3 şeir kitabı nəşr olunub:

  • "Babam əyri yeriyir". Bakı, 2007
  • "Babam iki alıb". Bakı, 2006
  • "Yeddinci sevinc". Bakı, 2013
  1. Teymur Əhmədov. XX əsr Azərbaycan yazıçıları. Nurlar. 2004. ISBN 9952-403-38-0.
  2. 1 2 Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX–XXI yüzillikdə). Nurlar. 2011. ISBN 978-9952-460-06-3.
  3. 1 2 Əsəd Cahangir. "Şövkət Zərrin Horovlu yaradıcılığının fikir və söz mənzərəsi". 525-ci qəzet (anl.az). 4 fevral 2017.