Şövqi Göyçaylı — Azərbaycanda ekoloji təhsilin əsas yaradıcılarından biri, Coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordeni laureatı.
Şövqi Göyçaylı | |
---|---|
Göyçaylı Şövqi Yusifziya oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Mükafatları |
(2009) |
Göyçaylı Şövqi Yusifziya oğlu 1935-ci ildə Göyçay şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ADU-nin Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsini bitirmişdir. 1960-cı ildə "İqtisadi coğrafiya" ixtisasında Unversitetin aspiranturasına qəbul edilmişdir. 1965-ci ildə namizədlik, 1987-ci ildə isə Sankt-Peterburq Unversitetində «Kənd əhalisinin məskunlaşması və onun yenidən qurulması» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən professordur.
1982-ci ildən BDU-də "Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasının müdiridir (2015-ci ildən bu kafedra Coğrafi ekologiya kafedrası adlanır). Ş.Y.Göyçaylının elmi yaradıcılığı əhali məskunlaşmasının nəzəri və tətbiqi problemlərinə, təbiətlə cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin coğrafi məsələlərinə, coğrafi ekologiyanın inkişafına və tədrisinin təkmilləşdirilməsinə yönəldilmişdir. O, 130-dan çox əsərin, o cümlədən monoqrafiyaların, dərsliyin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycanın irimiqyaslı İqtisadi və Əhali xəritələrinin həmmüəllifi və müəllifi olmuş dur. Azərbaycanda ekologiyaya həsr edilmiş topluların elmi redaktoru olmuşdur.
Azərbaycanın əhalisi, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir neçə proqramın tərtibində iştirak etmişdir.
Ş.Y.Göyçaylının təşəbbüsü və səyi nəticəsində ilk dəfə Azərbaycanda "Coğrafiyaçı-ekoloq" ixtisası yaradılmışdır. Ş.Y.Göyçayl 6 namizədlik dissertasiyasının rəhbəri, 3 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. O, Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətində İqtisadi və Sosial Coğrafiya bölməsinə rəhbərlik edir. Elm-texnika Komitəsi yanında Ekologiya komissiyasının üzvü, Coğrafiya üzrə ixtisaslaşmış müdafiə şurasının həmsədri, AAK-da Yer elmləri bölməsi üzrə ekspert şurasının, BDU-nun Böyük Elmi Şuranın üzvüdür. Respublika elmi konfranslarında, beynəlxalq konqreslərdə və simpoziumlarda, xüsusilə MAB-6, Abitat- II Beynəlxalq konfransların işində əməli fəaliyyət göstərmiş və məruzələrlə çıxış etmişdir. Beynəlxalq elmi İnkişaf və Beynəlxalq Ekologiya akademiyalarının həqiqi üzvüdür.
Ş.Y. Göyçaylı müvafiq nazirliklərin fəxri fərmanları və təşəkkürləri ilə mükafatlandırılmış. O, 2000-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə bağlı "Şöhrət" ordeni ilə təltif edilib.