Şövzəb Mövla Şakir

Şövzəb Mövla Şakir (ərəb. شوذب مولی شاکر‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri.

Şövzəb Mövla Şakir
شَوذَب مَولیٰ شاکِر
Vəfat tarixi
Vəfat səbəbi Kərbəla döyüşündə şəhid
Dəfn yeri Kərbəla, İraq
Milliyyəti ərəb
Dini İslam

Tərcümeyi-hal

[redaktə | mənbəni redaktə et]

Şövzəb bəzi mənbələrdə[1] Şakir ibn Abdullah əl-Həmdani əl-Şakirinin xidmətçisi kimi bəhs edilmiş, digərləri isə onu Əbis ibn Əbu Şəbib əş-Şakirinin qulu kimi qeyd etmişlər.[2]

O, hədis hafizi idi və Əli ibn Əbu Talibdən hədislər nəql edirdi.[3]

Hüseyn ibn Əlinin səhabəsi

[redaktə | mənbəni redaktə et]

O, Əbis ibn Əbu Şəbib əş-Şakiri ilə birlikdə Müslüm ibn Əqilin Kufədən məktubunu Məkkədə Hüseynə çatdırdılar və onu Məkkədən Kərbəlaya müşayiət etdilər.[4]

Aşura günündə

[redaktə | mənbəni redaktə et]

Əbis ibn Əbu Şəbib əş-Şakiri qohumu olan Şövzəbin yanına gəlib dedi: “Qəlbinin arzusu nədir?” Cavab verdi: “Mən nə istəyirəm? Rəsulullahın nəvəsini müdafiə edərək, şəhid olana qədər sizinlə bərabər döyüşmək istəyirəm”. Əbis cavab verdi: "Səndən başqa heç nə gözlənilmirdi. Əgər bu gün səndən daha əziz birisi olsaydı, mən getməzdən əvvəl onu döyüş meydanına göndərərdim."[5]

Hənzələ ibn Əsəd əş-Şibamidən sonra Aşura günü günortadan sonra şəhid oldu.[6]

  1. Shams al-Dīn, Muḥammad Mahdī. Anṣār al-Ḥusayn, dirāsah ‘an shuhadā’ thawrat al-Ḥusayn, al-rijāl wa-al-dalālāt. 79. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  2. Mulla Husayn Wa'iz Kashifi. Rawḍat al-Shuhadā. 306. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  3. Samāwī, Muḥammad ibn Ṭāhir. Ibṣār al-ʻayn fī inṣār al-Ḥusayn. Najaf, Iraq: al-Maṭbaʻah al-Ḥaydarīyah. 1922. 129. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  4. Samāwī, Muḥammad ibn Ṭāhir. Ibṣār al-ʻayn fī inṣār al-Ḥusayn. Najaf, Iraq: al-Maṭbaʻah al-Ḥaydarīyah. 1922. 151. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  5. Muhammad Ibn Jarir Tabari. Sahih Tarikh al-Tabari. 5. دار ابن كثير. 2013. 443–444. ISBN 6144151117.
  6. al-Shaykh al-Mufid. Al-Irshad fi ma'rifat hujaj Allah 'ala l-'ibad. 2. Beirut: Dar al-Mufid. 1993. 105. 2023-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.