Şüşə saray (roman)

Şüşə sarayElmira Axundovanın siyasi detektiv janrında yazılmış romanı. Kitab iki hissədən ibarətdir. İkinci hissə Baş prokurorun sabiq müavini İsa Nəcəfovla birlikdə yazılıb.

Şüşə saray
Janr siyasi detektiv
Müəllif Elmira Axundova
Nəşr ili 2007
Nəşriyyat "Yurd"

Əsər 90-cı illərin əvvəllərində baş verən prosesləri əks etdirir. Əsərdə eks-prezident Heydər Əliyevin xilaskar obrazı yaradılıb. Romanda iki liderin - Heydər Əliyevin və AXC lideri Əbülfəz Elçibəyin münasibətləri məxsusi diqqət altındadır. Əsər sırf tarixi materiallara söykənir.

Kitabın təqdimatı 2007-ci il martın 15-də Atatürk Mərkəzində keçirilmişdir.[1]

1993-cü il yanvarın 2-dən 3-nə keçən gecə Bakıda respublika DİN Banditizmə və Terrorizmə Qarşı Mübarizə İdarəsi rəisinin müavini Ələkbər Əsgərov qətlə yetirildi. Həmin il aprelin 26-da isə Bakı Ali HərbiDənizçilik Məktəbinin rəisi kontr-admiral Eduard Hüseynov yaşadığı binanın girişində öldürüldü. Kəskin detektiv süjetli roman-təhqiqatın əsasını bu iki qətl hadisəsi təşkil edir. Eyni zamanda, kitabda 90-cı illərin əvvəlinə aid bu vaxta qədər məlum olmayan tarixi təfərrüatlar da özünə yer tapıb. Kitabda adları çəkilən personajlar arasında prezidentlər Əbülfəz Əliyev (Elçibəy) və Heydər Əliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq baş nazir Surət Hüseynov və başqaları da vardır.

  1. İ.Əlizadə. "Elmira Axundovanın siyasi detektiv janrında yazılmış "Şüşə saray" kitabının təqdimat mərasimi keçirilib" (az.). Trend News Agency. 15 Mart 2007. 09.01.2023 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]