Əbu Əmr Şüeyb ibn Ömər ibn İsa Bəlluti, həmçinin Bizans mənbələrində Saet (yun. Σαήτ) və ya mənbələrində Saypes (Σαΐπης) — təqribən 855–880-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri.
Şüeyb ibn Ömər | |
---|---|
Krit əmiri | |
855 – 880 | |
Əvvəlki | Ömər Əbu Həfs İkritişi |
Sonrakı | Əbu Abdullah Ömər ibn Şüeyb |
Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin oğlu idi. Numizmatik sübutların köməyi ilə Corc C. Maylz araşdırmalarından sonra onun təxminən 855-ci ildən 880-ci ilə qədər padşahlıq etdiyi güman edilir. Buna baxmayaraq, onun adına zərb edilən qızıl dinar 894-ci və ya 895-ci ilə aiddir. Onu müvafiq olaraq oğulları Ömər və Məhəmməd əvəz etmişdir.[1][2][3]