Əbu Abdullah II Ömər ibn Şüayb Bəlluti, həmçinin Bizans mənbələrində Babdel (yun. Βαβδέλ) — təqribən 880–895-ci illərdə hakimiyyətdə olmuş Krit əmiri.
Əbu Abdullah Ömər ibn Şüeyb | |
---|---|
Krit əmiri | |
880 – 895 | |
Əvvəlki | Şüeyb ibn Ömər |
Sonrakı | Məhəmməd ibn Şüeyb Zərkun |
Şəxsi məlumatlar | |
Doğum tarixi | VIII əsr |
Vəfat tarixi | 895 |
Fəaliyyəti | monarx |
Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. Numizmatik sübutların köməyi ilə Corc C. Maylz araşdırmalarından sonra onun ikinci əmir Şüeybin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi olduğu müəyyən edilmişdir. Onun atası Şüeybdən sonra hakimiyyətə gəldiyi, təxminən 880-ci ildən 895-ci ilə qədər padşahlıq etdiyi güman edilir.[1][2][3]
Ondan sonra taxta qardaşı Məhəmməd ibn Şüeyb Zərkun keçmişdir. Buna baxmayaraq, Məhəmməddən sonra Əbu Abdullahın iki oğlu, müvafiq olaraq Yusif (910–915) və Əhməd (925–940) taxta keçmişdir.[3]