Məhəmməd ibn Şüeyb Zərkun Bəlluti, həmçinin Bizans mənbələrində Zerkun (yun. Ζερκουνῆς) — təqribən 895–910-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri.
Məhəmməd ibn Şüeyb Zərkun | |
---|---|
Krit əmiri | |
895 – 910 | |
Əvvəlki | Əbu Abdullah Ömər ibn Şüeyb |
Sonrakı | Yusif ibn Ömər ibn Şüeyb |
Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq ikinci əmir Şüeybin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 895-ci ildən 910-cu ilə qədər padşahlıq etdiyi güman edilir.[1][2][3] Ondan sonra taxta qardaşı oğlu Yusif ibn Ömər ibn Şüeyb çıxmışdır.[4]