Şüeyb ibn Əhməd (ərəb. شعيب بن أحمد) — təqribən 940–943-cü illərdə hakimiyyətdə olmuş Krit əmiri.
Şüeyb ibn Əhməd | |
---|---|
Krit əmiri | |
940 – 943 | |
Əvvəlki | Əhməd ibn Ömər |
Sonrakı | Əli ibn Əhməd |
Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun atası Əhməd ibn Ömərdən sonra hakimiyyətə gəldiyi, təxminən 940-cı ildən 943-c3 ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta oğlu Əli ibn Əhməd keçmişdir.[1][2]