Əli ibn Əhməd

Əli ibn Əhməd (ərəb. علي بن أحمد‎) — təqribən 943–949-cu illərdə hakimiyyətdə olmuş Krit əmiri.

Əli ibn Əhməd
Krit əmiri
943 – 949
ƏvvəlkiƏhməd ibn Ömər
SonrakıƏbdüləziz ibn Şüeyb

Krit əmirliyinin tarixi və hökmdarları haqqında qorunub-saxlanılmış qeydlər çox fraqmentlidir. O, şərti olaraq yeddinci əmir Əhməd ibn Ömərin oğlu, Kritin fatehinin və əmirliyin banisi Ömər Əbu Həfsin nəvəsi kimi tanınır. Onun qardaşı Şüeybdən sonra hakimiyyətə gəldiyi, 943-cü ildən təxminən 949-cu ilə qədər padşahlıq etdiyi güman edilir. Ondan sonra taxta Şüeybin oğlu Əbdüləziz keçmişdir.[1][2]

Əli ibn Əhmədin Bizansın 949-cu ildə Kritə qarşı genişmiqyaslı dəniz ekspedisiyası zamanı hakimiyyətdə olduğu güman edilir. Hər halda, bizanslıların hücumu saratinlər tərəfindən dəf edilmişdir.[3]

  1. Miles, 1964. səh. 11–15
  2. Canard, 1971. səh. 1085
  3. Canard, 1971. səh. 1084
  • Canard, M. (1971). "Iḳrīṭis̲h̲". In Lewis, B.; Ménage, V. L.; Pellat, Ch. & Schacht, J. (eds.). The Encyclopaedia of Islam, New Edition, Volume III: H–Iram. Leiden: E. J. Brill. pp. 1082–1086. OCLC 495469525.
  • Miles, George C. Byzantium and the Arabs: Relations in Crete and the Aegean Area. Dumbarton Oaks Papers. 18. 1964. 1–32. doi:10.2307/1291204. JSTOR 1291204.