Şükrü Özyıldız[1] (18 fevral 1988, İzmir)- Türk aktyordur.
Şükrü Özyıldız | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İzmir, Türkiyə |
Milliyyəti | Türkiyə |
Vətəndaşlığı | Türk |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 2011- |
Təhsili | |
Boyu | 1,9 m |
IMDb | ID4336593 |
Şükrü Özyıldız 18 fevral 1988-ci ildə İzmirdə anadan olub. Anası Rodoslu Yunan, atası Trabzonludur. Onun özündən iki yaş kiçik bir bacısı var. İstanbul Texniki Universitetində Dəniz Mühəndisliyi fakültəsini qazandıqdan və bir il İstanbulda təhsil aldıqdan sonra yenidən imtahan verib Ege Universitetində Biznesin idarə edilməsi fakültəsində təhsil almağa başladı, daha sonra Erasmus proqramı ilə Portuqaliyaya getdi.
Uşaqlıqdan döyüş sənətinə maraq göstərən Özyıldız Portuqaliyada qəfəs döyüşlərinə qatılıb. Daha sonra qəfəs davalarından əl çəkdiyini açıqlayıb. Xaricdə aktyorluq emalatxanasına qatılan Özyıldız aktyorluğu çox bəyəndiyinə qərar verib və Müjdat Gezen Sənət Mərkəzində aktyorluq təhsili almağa qərar verib.
Bir çox teatr tamaşası, reklam və seriallarda rol alan aktyor ilk dəfə 2011-ci ildə FOX-da yayımlanan gündəlik "Derin Sular" serialında ekranlarda görünüb.
2013-2014-cü illərdə Star TV və FOX ekranlarında yayımlanan "Benim Hala Umudum Var" serialında Gizem Karaca və Berk Oktay ilə baş rolları paylaşıb, daha sonra 2013-cü ildə ilk uzun metrajlı filmi "Neva"da baş rolu canlandırıb. 2014-2015-ci illər arasında "Şeref Meselesi" serialında Emir obrazını canlandırıb.
2015-ci ildə Star TVdə yayımlanan "Tatlı Küçük Yalançılar" serialında Eren obrazını canlandırıb. 2016-cı ildə Show TV-də yayımlanan "Kış Güneşi" serialında Efe-Mete obrazlarını canlandırıb. Serial aşağı reytinqə görə 18-ci bölümdə final etdi. 2021-ci ildə ATV-də yayımlanan Akıncı serialında Fatih/Akıncı obrazını canlandırıb.
Kino | |||
---|---|---|---|
il | İstehsal | Rol | Qeydlər |
2013 | Neva | Ilgın | Başrol |
2015 | Sevimli Tehlikeli | Zarok | Başrol |
Kırık Kalpler Bankası | Bahadır | Başrol | |
2016 | Her Şey Aşktan | Burak | Başrol |
Ekşi Elmalar | Özgür | Başrol | |
2018 | Cebimdeki Yabancı | Sinan | Başrol |
Arif V 216 | Ayhan Işık | Qonaq aktyor | |
Serial | |||
2011 | Derin Sular | Toprak | Köməkçi Aktyor |
2011-2012 | Fatmagül'ün Suçu Ne | Köməkçi aktyor | |
2012 | Uçurum | Avukat Tolga | Köməkçi aktyor |
2013-2014 | Benim Hala Umudum Var | Ozan | Başrol |
2014 | Çalıkuşu | Murat - Hekim | Köməkçi aktyor |
2014-2015 | Şeref Meselesi | Emir | Başrol |
2014 | Ulan İstanbul | Qonaq aktyor | |
2015 | Tatlı Küçük Yalancılar | Eren | Başrol |
2016 | Kış Güneşi | Efe/Mete | |
2017 | Çoban Yıldızı | Seyit | |
2018 | Nefes Nefese | Yusuf Alacan | |
2019 | Alice Müzikali | Şapkacı | |
Jet Sosyete | Levent | Qonaq aktyor | |
2021 | Akıncı | Fatih/Akıncı | Başrol |
2022 | Masumlar Apartmanı | Özü | Qonaq aktyor |
2023- | Ruhun Duymaz | Onur Karasu | Başrol |
İnternet | |||
il | İstehsal | Rol | Qeydlər |
2022 | Aşk Taktikleri[2] | Kerem | Başrol |
2023 | Aşk Taktikleri 2 | ||
Tezliklə | Aşk Taktikleri 3 |