Şükrü Naili Gökbərk

Şükrü Naili Gökbərk (türk. Şükrü Naili Gökberk; 1876, Saloniki26 oktyabr 1936, Ədirnə, Ədirnə ili) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsinin komandirlərindən biri olmuşdur. Bursa, Əskişəhərİstanbulun işğaldan azad edilməsində ən böyük əməyi olan Osmanlı komandirlərindən biridir.

Şükrü Naili Gökbərk
türk. Şükrü Naili Gökberk
Şəxsi məlumatlar
Doğum tarixi 1876
Doğum yeri
Vəfat tarixi 26 oktyabr 1936(1936-10-26)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1899-cu ildən
Rütbəsi Feriki sani
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1876-ci ildə Salonikidə Mustafa bəyin və Həsibə xanımın ailəsində anadan olmuşdur. Ədirnə liseyindən məzun olduqdan sonra 1899-cu ildə Hərbi Məktəbi, 1902-ci ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Salonikidəki 3-cü ordu komandanlığının nəzdindəki Korça və Vlyorada 2-ci dərəcəli Rədif taboru vəzifəsinə təyin edildi.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şükrü Naili Gökbərk Birinci Dünya müharibəsində Osmanlı ordusunda zabit kimi xidmət göstərdi. 1917-ci ilin senytabrın birində polkovnikTürkiyə İstiqlaliyyət müharibəsi ərzində isə 1922-ci ilin 30 avqustunda general-mayor rütbəsinə yüksəldi. 1926-ci ilin 30 avqustunda isə general-leytenant oldu.

1923-cü ilin 6 oktyabrında İstanbulun Birinci Dünya müharibəsinin müttəfiqlər ordusunun işğalından azad edilməsi münasibətilə ilə təşkil edilən mərasimdə şəhərə daxil olan Ankara hökumətinin Türk qüvvələrinə (3-cü korpusu) rəhbərlik etdi. Bu gün hər il İstanbulun İstiqlaliyyət günü kimi qeyd olunur.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Türkiyə Böyük Millət Məclisinin II dövründə Kırklareli (1923), daha sonra isə İstanbulun (1935) millət vəkili oldu.

  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 87.