Ədirnə ili — Türkiyədə il. Türkiyənin Mərmərə regionunun Trakya bölgəsində, Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanla sərhəddə yerləşir. Şərqdə Kırklareli, Təkirdağ, cənubda Çanaqqala və Egey dənizi, qərbdə Evros (Yunanıstan), şimalda isə Haskovo (Bolqarıstan) ilə əhatələnmişdir.
İl | |
Ədirnə | |
---|---|
türk. Edirne | |
41°40′37″ şm. e. 26°33′20″ ş. u.HGYO |
|
Ölkə | Türkiyə |
Daxildir | Mərmərə regionu |
İnzibati mərkəz | Ədirnə |
Vali | Dursun Əli Şahin |
Bələdiyyə sədri | Rəcəb Gürkan (MHP)[1] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 6.098 km² |
Əhalisi | |
Əhalisi | 400 280[2] nəfər (2014) |
Əhalinin sıxlığı | 637 nəfər/km² |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | TR-22 |
Telefon kodu | (+90) 284 |
Poçt indeksi | 22000–22999 |
Avtomobil nömrəsi | 22 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ədirnənin ən qədim xalqı Traklardır. Onlar Meriç və Tunca çaylarının birləşdiyi bölgədə bir kənd saldılar. Kəndin adı Odris (Odrisia) idi. Makedoniyalı İsgəndərin dövründə kəndinin adı dəyişdirilərək Odrestia (Odrestas) olaraq dəyişdirilmişdir. II əsrdə Roma imperatoru Adrianın (117-138) Orestia qəsəbəsinin stratejik əhəmiyyətinə görə şəhər statusu verildi və təmir işləri aparıldı. Adrianın şərəfinə şəhərin adı dəyişdirilərək Adrianopolis adlandırıldı. Daha sonralar şəhərin adı Adrianopol olaraq formalaşmağa başladı. Osmanlı dövünün ilk illərində Ədirnabolu olaraq adlanırdı. 1476-cı ildə Aşıqpaşazadənin tarix əsərində şəhərin adı Ədrənə olaraq keçir. XVI əsrin əvvəllərində Ədirna olaraq adlandırıldığı məlumdur.[3]
Traklar tərəfindən salınan Ədirnə, E.ə. IV əsrdə Makedoniyalı İsgəndər tərəfindən işğal edilir. Ardından Roma İmperiyasının əlinə keçir. II əsrdə Roma imperatoru Adrian tərəfindən bərpa edilərək Adrianopolis adlandırılır.[3] IV əsrdə Roma imperiyası parçalanan zaman Ədirnə Şərqi Roma imperiyası olan Bizansın tərkibinə daxil olur.
586-cı ildə Avarlar tərəfindən mühasirəyə alındısa da ələ keçirə bilmədilər. 914-cü ildə isə Bolqarlar tərəfindən ələ keçirildi. Daha sonralar Bizans tərəfindən geri alınsa da 1050-ci ildə və 1078-ci ildə Peçeneqlər tərəfindən mühasirəyə alındı.[4]
1361-ci ildə Osmanlı sultanı I Murad tərəfindən fəth edilir. Ölkənin paytaxtı Ədirnəyə köçürülür. İstanbulun fəthinə qədər Osmanlı dövlətinin paytaxt şəhəri olur. Paytaxt İstanbula köçürüldükdən sonra Ədirnə, Paşa Sancağı adı ilə Rumeli bəylərbəyliyinin tərkibinə daxil edilir. Bəylərbəyliyin mərkəzi Sofiya şəhəri idi[4]. XVII əsrdə Ədirnə İstanbul, London, Paris və Romadan sonra Avropanın ən böyük 5-ci şəhəri idi.
I Dünya müharibəsi dövründə Osmanlı dövlətinin məğlub olması ilə nəticələndi. 1920-ci il iyun ayında Ədirnə şəhəri Yunanlar tərəfindən işğal edilir. Türkiyə Qurtuluş Savaşı dövründə 1922-ci il 25 noyabr tarixində Ədirnə şəhəri azad edilir. 1923-cü il 15 sentyabrda Qaraağac bölgəsinin Türkiyəyə geri qaytarılması ilə ilin sərhədləri tamamlanır.[5]
Trakiyanın qərbində yerləşən Ədirnə ilinin torpaqları geniş düzənliklərdən və yüksəkliklərdən ibarətdir. Ərazisinin 78%-i plato, 5%-i dağlıq və yaylaqlar və 17%-i isə düzənliklərdən ibarətdir. Çoxlu sayda çayları və gölləri vardır. Ərazinin 25%-i meşələrdən ibarətdir[6].
Ədirnə ilində kontinental iqlim tipi hakimdir. Qış aylarında Aralıq dənizi iqlim tipinin təsiri ilə havalar sərin və yağışlı, kontinental iqlim tipinin təsiri ilə isə küləkli və yağışlı keçir. Yaz ayları isti və quraq, yay ayları isə yağışlı keçir. İlin ən isti ayları iyun, iyul və avqust aylarıdır. Ən soyuq ayları isə dekabr və yanvar aylarıdır. Yaz aylarında orta temperatur 23.4 0C -dir[7].
Ədirnə ilində yerləşən dağ silsilələri aşağıdakılardır:
İstranca dağları ilin şimal və şimal-şərqində, Uzunkörpü dağları şərqində, Qoru və Çandır dağları isə cənub və cənub-şərqində yerləşir[8].
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |