Şəfaət kilsəsi (Qaqra)

Qaqra kilsəsi (gürc. გაგრის ეკლესია), Abaata, Müqəddəs Qaqralı İpati kilsəsi və ya Qaqra Müqəddəs Bakirənin himayəsi kilsəsiGürcüstanın Qaqra şəhərində erkən orta əsr xristian kilsəsi. Abxaziyadakı ən qədim kilsələrdən biridir. VI əsrdə inşa edilən və 1902-ci ildə yenidən qurulan sadə bazilikadır.

Qaqra kilsəsi
gürc. გაგრის ეკლესია
Xəritə
43°19′51″ şm. e. 40°13′09″ ş. u.
Ölkə Gürcüstan
Status aktiv
Şəhər Qaqra
Yerləşir Abxaziya
Tikilmə tarixi VI əsr
Qaqra kilsəsi (Abxaziya)
Qaqra kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaqra kilsəsi Abaata kimi tanınan müasir qala ərazisində yerləşir. Hal-hazırda xarabalıq halındadır. Tikintisində ağ daşdan istifadə olunmuşdur. Əsas giriş qərb tərəfdə yerləşir. Kilsədəki otaqlar qapılar ilə bir-birinə bağlanır. Əsas otaq cənub divarındakı üç pəncərə, qərb divarında və qurbangahda olan pəncərə ilə işıqlandırılır.[1] Kilsə, 1902-ci ildə Rusiya imperatorluq ailəsinin üzvü olan Aleksandr Petroviçin həyat yoldaşı Yevqeniya Maksimilianovnanın əmri ilə yenidən quruldu. 9 yanvar 1903-cü ildə Müqəddəs Qaqralı İpati kilsəsi kilsəsi olaraq təqdis edildi.[2] Eyni zamanda, köhnə Abaata qalası otel inşaatı üçün söküldü. Kilsə sovet dövründə köhnə silah muzeyi olaraq istifadə edildi. Kilsədə 2007-ci ildə kiçik yeniləmələr edildi. 2012-ci ildə xristianların istifadəsi üçün bərpa işləri aparıldı.[3]

Qaqra kilsəsi Gürcüstanın Milli Əhəmiyyətli Abidələr siyahısında yerləşir.[1]

  1. 1 2 Qelenava, İrakli. Cultural Heritage in Abkhazia (PDF). Tbilisi: Meridiani. 2015. səh. 14. 2017-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-02.
  2. Гагры. Климатическая станция на Черноморском побережье [Gagry, a climate spa on the Black Sea coast] (PDF) (Russian). St. Petersburg. 1905. səh. 8. 2019-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-02.
  3. "Овеянный тайнами храм Святого Ипатия в Гагре" (Russian). Sputnik. 23 February 2016. 20 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2017.