Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR – 4 dekabr 2005) — azərbaycanlı müğənni.
Şəfa Hüseynova | |
---|---|
Şəfa Səyyad qızı Hüseynova | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Vətəndaşlığı |
Ermənistan SSR (1975-1988) Azərbaycan SSR (1989-1991) Azərbaycan (1991-2005) |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Təhsili |
Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib.[1]
Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib.
Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı. Şəfa mütamadi olaraq müxtəlif hərbi hissələrdə konsert proqramı ilə çıxış etmiş və hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanlara layiq görülmüşdür.
Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.[2][3][4]