Şəfahət İmranov

Şəfahət İmranov — Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru.

Şəfahət İmranov
Şəfahət Aydın oğlu İmranov
Doğum tarixi
Doğum yeri Göyçay rayonu, Azərbaycan SSR, SSRİ
Atası Aydın
Milliyyəti azərbaycanlı
Təhsili
Tanınır
Ədliyyə general-mayoru
Mükafatları "Tərəqqi" medalı

İmranov Şəfahət Aydın oğlu 1972-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ildən Azərbaycan Respublikası Prokurorluğuna işə qəbul olunaraq, Bakı şəhəri Əzizbəyov rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru və müstəntiqi, 1999-cu ildən Bakı şəhəri Xətai rayon prokurorluğunun müstəntiqi və böyük müstəntiqi vəzifələrində çalışmışdır.

2004-cü ildən Bakı şəhər prokurorluğunun Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışmış, 2005-ci ilin mart-dekabr aylarında isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini vəzifəsini icra etmişdir.

2005-ci ilin dekabrında icrası həvalə olunmuş vəzifəyə, 2006-cı ildə isə Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Baş prokurorunun 04 dekabr 2009-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilmişdir. Ədliyyə general-mayoru hərbi rütbəsindədir. [1][2][3]

Ölkə Prezidentinin 2018-ci il 28 sentyabr tarixli Sərəncamı ilə isə Ş.İmranov “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.

  1. "İmranov Şəfahət Aydın oğlu - Ədliyyə General-Mayoru". Genprosecutor.gov.az. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.
  2. "Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Şəfahət Aydın oğlu İmranova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin". President.az.
  3. "Hərbi prokurorunun müavini - Şəfahət İmranov". goychay-encyclopedia.az. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-11.