Mövlanə Şəhabəddin Abdulla Mirvarid (1461–1516)—şair, musiqiçi, katib.
Şəhabəddin Abdulla Mirvarid | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Herat |
Vəfat tarixi | |
Vəfat yeri | Herat |
Milliyyəti | fars |
Fəaliyyəti | xəttat |
Mövlanə Şəhabəddin Abdulla Mirvarid 1461-ci ildə Herat şəhərində anadan olmuşdu. Xacə Şəmsəddin Məhəmməd Kirmaninin oğludur. Şair idi. Bəyani təxəllüsü ilə xoştəb şeir yazırdı.
Mövlanə Şəhabəddin Abdulla Mirvarid Sultan Hüseyn Bayqaranın sarayında çalışmışdı.[1]
Mövlana Abdulla Mərvarid cavanlığında Sultan Hüseyn mirzənin xidmətində olmuş, hətta sədarət mərtəbəsinə çatmışdı. Axırda böyük əmirlər cərgəsinə daxil olmuş, Mir Əlişirin yerinə möhür vurmuşdu. Sultan Hüseyn mirzənin ölümündən sonra tənhalıq küncündə qərar tutmuşdu. Bu il o, dünyadan köçdü. Bu adda əsərləri var: "Divani-qəsaid və qəzəliyyat" ("Qəsidələr və qəzəllər divanı"), "Tarixi-şahi" ("Şahın tari-xi"), "Münşəat" ("Məktublar"), "Tarixi-mənzum" ("Mənzum tarix"), "Xosrov və Şirin".[2]
Mövlanə Şəhabəddin Abdulla Mirvarid 1516-cı ildə Herat şəhərində vəfat edib.