Herat (fars. هرات, q.türk Häri[1]) — Əfqanıstanın qərbində Herat vilayətinin mərkəzi olan şəhər.
Herat | |
---|---|
34°20′30″ şm. e. 62°12′11″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 920 ± 1 m |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Heratın tarixi antik mədəni müəlliflər tərəfindən rəvayət edilmişdir. Yunan tarixçi Herodot, Heratın Orta Asiyanın buğda ambarı olduğunu yazmışdır. E.ə. 330-cu il ətrafında şəhər Makedoniyalı İsgəndər tərəfindən alındı. Daha sonra isə şəhər Selevkilərin əlinə keçdi. E.ə. 167-ci ildə də şəhərə Parflar sahib oldu. Sasanilər (226-652) dövründə Ağ Hun imperiyası ilə Sasanilər arasında keçən savaşlarda Herat strateji bir önəmə sahib idi. 786-809-ci illər arasında şəhər Abbasilər tərəfindən idarə olunurdu. Herat, 1000-ci ildə Qəznəvilərin, 1040-cı ildə isə Səlcuqluların əlinə keçdi. Daha sonra Xarəzmşahlar sülaləsinin bir parçası oldu.
1221-ci ildə Herat Çingiz xan tərəfindən yerlə bir edildi. 1381-ci ildə da Əmir Teymur tərəfindən təkrar məhv edildi. XV yüzillikdə şəhər bir müddət Qaraqoyunlular tərəfindən idarə olundu. 1507-ci ildə Özbəklərin əlinə keçən şəhər, 1510-cu ildə Şah İsmayıl Səfəvi tərəfindən Səfəvilər dövlətinə qatıldı.
1750-ci ildə Herat, Əhməd xan Dürraninin əlinə keçdi. Herat 1860-cı ildə Əmir Dostməhəmməd xan tərəfindən Əfqan dövlətinin bir parçası halına gətirildi. XIX əsr boyunca şəhər İngilislər, Qacarlar dövləti və Əfqanlar arasında bir çox döyüşlərə səhnə oldu.
Sovet-Əfqan savaşı zamanı Herat, Sovet ittifaqı tərəfindən işgal edildi. 10- 20 mart 1979 tarixləri arasında şəhərə Sovetlərə qarşı çıxan üsyanı yatırmaq üçün Sovetlər şəhəri bombalayaraq 20 000 nəfərin ölümünə səbəb oldular. Şəhər 1995-ci ildə Talibanın əlinə keçdi. 2001-ci ildə ABŞ-nin Əfqanıstana apardığı müdaxilə nəticəsində Taliban şəhəri tərk etmək məcburiyyətində qaldı. Günümüzdə Herat, ABŞ-nin dəstəklədiyi Hamid Kərzai hökuməti tərəfindən idarə edilir.