Bu məqaləni vikiləşdirmək lazımdır. |
Farslar — əsasən İranda yaşayan xalq.
Özünüadlandırma | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fars. فارسها | |||||||||||||||
Ümumi sayı | |||||||||||||||
50.000 000 (2018) | |||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||
| |||||||||||||||
Dili | |||||||||||||||
Qohum xalqlar | |||||||||||||||
Dünyada sayları 2013-cü ilə olan təxminə əsasən 83 milyondan çoxdur. Onlardan 59 milyonu İranda, qalanları Türkiyədə, BƏƏ-də, İraqda, Qətərdə, Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Kanadada, Fransada, Böyük Britaniyada, Küveytdə, İsveçdə və digər ölkələrdə yaşayırlar. Fars dilində danışırlar. Dindarların əksəriyyəti şiə, azlığı sünni, bəhai, zərdüşti və sairədir.
Fars sözünə İlk dəfə e.ə. IX əsrə aid qədim Aşşur kitabələrində rast gəlinmişdir. Fars sözü qədim pəhləvi dilində "iti","cəld" anlamını ifadə edir.
Farslar e.ə. II minillikdə Şərqi Avropa düzəngahlarından kütləvi şəkildə köç edərək Orta Asiyada, oradan da Fars körfəzinin şimal-şərq ərazilərdəki qədim yurdlarına qayıdaraq məskunlaşmışlar. Bu ərazi onların adı ilə Parsa (Persiya, Persiana, müasir dövrdə Fars ostanı) adlanırdı. E.ə. IX əsrin II yarısında isə farslar tayfa ittifaqı yaratmışlar. Ona Əhəmənilər sülaləsi başçılıq etmişdir. Sülalənin banisi də Əhəmən olmuşdur. Onlar əvvəl Aşşurun, sonra Midiyanın tərkibində olmuşlar. E.ə. 550-ci ildə Midiyada hakimiyyəti ələ alan Parsa hakimi II Kir (Kuruş) Əhəmənilər dövlətinin əsasını qoymuşdur. Əhəməni Fars imperiyası e.ə.331-ci ilə qədər mövcud olmuş və fars xalqının formalaşmasında müstəsna rol oynamışdır.
Tarixdə fars sülalələrinin iri hakimiyyəti mövcud olmuşdur: Əhəməni (e.ə.550–331), Pont (e.ə.281-b.e.62), Sasani (226–651), Buveyhi (935–1055), Pəhləvi (1925–1979) və digər böyük imperiyalar.
E.ə.547-ci ildə Kiçik Asiyada Lidiyanı, az sonra buradakı yunan məskənlərini, e.ə.539-cu ildə Babili fəth edən Əhəmənilər demək olar ki, bütün Cənubi Qərbi Asiya regionunu özlərinə tabe etmişlər. E.ə. 530-cu ildə II Kirin ölümündən sonra yerinə oğlu II Kambiz keçdi və o, e.ə. 525-ci ildə Peulisiya döyüşündə Misir ordularını məğlub etdi və Misiri tam tabe etdi. Bu döyüşdən sonra Əhəmənilərin ərazisi Misirdən Hindistana, Fars körfəzindən Böyük Qafqaza qədər uzanmışdır. E.ə.522-ci ildə Əhəməni taxtına I Dara əyləşdi. O, vahid pul islahatı keçirdi. Dövlətin ərazisi 20 satraplığa bölündü. Onun dövründə bütün Şimali Hindistan və Şərqi Avropa tabe edildi. I Daranın dövründə Fars imperiyasının ərazisi 9.000.000 kv.km-ə çatırdı. Əhəmənilər dövləti e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər tərəfindən süquta uğradıldı. E.ə.323-cü ildə İsgəndər öldükdən sonra onun imperiyası parçalanmış və Parsa e.ə. 250-ci ilə qədər Selevkilər dövlətinin, e.ə.250–226-cı illərdə isə Parfiya dövlətinin tərkibində olmuşdur. 226-cı ildə isə Parfiyada Arşakilər sülaləsini fars Sasanilər sülaləsi əvəz etmişlər. Sasanilər dövləti 651-ci ilə qədər yaşamışdır. VII əsrin ortalarında isə İran ərəb işğallarına məruz qalmış və Sasanilərin əlində olan bütün ərazilər Ərəb Xilafətinə keçmişdir. Bununla da fars xalqının həyatında əsaslı dönüş baş vermişdir. Bu dönüşün əsasını farsların İslam dinini qəbul etməsi təşkil edir. Farslar İslamı qəbul etdikdən və ərəblər tərəfindən işğal edildikdən sonra fars mədəniyyəti çöküş dövrünə qədəm qoymuş, yalnız IX əsrdə dirçələ bilmişdir.
Ərəb Xilafətinin tənəzzül etdiyi IX–XI əsrlərdə İran ərazisində müxtəlif dövlətlər, o cümlədən iri feodal dövlətləri meydana gəlmişdir. 1040–1054-cü illərdə İran ərazisi türk Səlcuqilərin yürüşlərinə məruz qalmışdır. Bu da həmin ərazinin tam şəkildə vahid dövlətin tərkibində birləşməsinə şərait yaratmışdır. Bu dövr həm də farsların türkləşməsi dövrü kimi də təsnif edilir. 1136–1225-ci illərdə Atabəylər, 1225–1231-ci ilərdə Xarəzmşahlar, 1258–1357-ci illərdə Elxanlılar, XIV əsrin əvvəllərindən 1501-ci ilədək müxtəlif vaxtlarda Qaraqoyunlular, Ağqoyunlular, Cəlairilər və s. dövlətlərin tərkibində olan İran ərazisi 1501-ci ildə Səfəvilər dövlətinin yaranması ilə Səfəvi dövlətinin tərkibində olmuşdur. 1736-cı ildə Səfəvilərin hakimiyyəti sona yetir və Nadir şah Əfşar hakimiyyətə gəlir. 1747-ci ildə Nadir şahın ölümündən sonra isə İranda mərkəzi hakimiyyət uğrunda Urmiya xanı Fətəli xan Əfşarın, Məhəmmədhəsən xan Qacarın və Zəndilər sülaləsindən Kərim xan Zəndin mübarizəsi başlamışdır. Təxminən yarım əsrlik Zənd hakimiyyətindən sonra Ağa Məhəmməd Xan Qacar qalib gəlmiş və 1796-cı ildə özünü şah elan etmişdir. Türk Qacar sülaləsinin hakimiyyəti 1925-ci ilə qədər davam etmişdir. 1921-ci ildə İranda baş vermiş dövlət çevrilişi nəticəsində yenidən farslar hakimiyyətə gəlmiş, 1925-ci ildə Rza Pəhləvi özünü şah elan etmiş və Qacarlar sülaləsinin hakimiyyətinə son qoyulmuşdur.
-Kürüş – fars Əhəməni dövlətinin qurucusu
-Dara – Əhəməni hökmdarı
-Xerx (Kserks) – Əhəməni hökmdarı
-Ərdəşir Babəkan – fars Sasani dövlətinin qurucusu və eyni adlı sülalənin banisi
-Xosrov Pərviz Ənuşirəvan – fars Sasani dövləti hökmdarı
-Yezdəgird – fars Sasani dövləti hökmdarı
-Bəhram şah – fars Sasani dövləti hökmdarı
-Hafiz Şirazi – şair
-Sədi Şirazi – şair
-Nima Yişic – şair
-Peyman Bəxtiyar – şair
-Məliküşşüəra Bahar – şair
-General Zahid – siyasi xadim, hökumət başçısı
— Ruhullah Xomeyni – İran İslam Respublikasının ilk ali lideri