Şəhidlər meydanı

Günümüzdə Şəhidlər meydanı

Şəhidlər meydanı (ərəb. ميدان الشهداء‎ Meydan eş Şüheda, ya da Müəmmər əl-Qəddafi dövründəki adı Yaşıl meydan (ərəb. الساحة الخضراء‎‎ As Sāḥah āl Ḥaḍrā) — Liviyanın Tripoli şəhərinin ən böyük meydanı. Meydanı şəhərin əsas ticarət mərkəzi sayılan binalar əhatə edir.

Meydan italyan müstəmləkəçiləri tərəfindən tikdirilmişdir. İki uzun sütun ilə sahil yoluna qədər geniş prospekti olan meydan, o vaxt Qızıl qala ilə əhatə olunmuşdur. Sütunların birinin üst hissəsində bir dəmir tökmə miniatür taxta gəmi, digərində isə at üzərində bir atlı vardır.

Liviyada vətəndaş müharibəsi (2011)

[redaktə | mənbəni redaktə et]

15 fevral 2011-ci ildə baş verən vətəndaş müharibəsinin mühüm mərkəzlərindən biri də Yaşıl meydan olmuşdur. Müəmmər əl-Qəddafi əleyhdarlarının mərkəzi halına gələn meydanda zaman-zaman Qəddafi tərəfdarlarının da aksiyaları olmuşdur. 21-22 avqust 2011-ci il gecə Tripoli döyüşü nəticəsində Milli Keçid Şurası qüvvələrinin meydanı ələ keçirməsindən sonra yenidən "Şəhidlər Meydanı" olaraq adlandırılmışdır.