Şəhidlik Məscidi — Almaniyanın Berlin şəhərində yerləşən məscid. Dörd mərtəbəli binada 1500 nəfər ibadət edə bilər. Kompleksə mədəniyyət mərkəzi, məlumat və görüş mərkəzi də daxildir. Məscid Türk-İslam Dəyanət İşləri Birliyi tərəfindən idarə olunur. Məscid adını 1866-cı ildə diplomatik qəbiristanlıq kimi təşkil edilən türk qəbiristanlığından almışdır. Məsciddə Camal Əzmi bəy və Bahatdin Şakirin də məzarları var.[1][2]
islam | |
Şəhidlik Məscidi | |
---|---|
Ölkə | |
Hündürlüyü | 37,1 m |
|
|
Saytı | |
sehitlik-camii.de | |
Vikianbarda əlaqəli mediafayllar |
1999-cu ildə təməli qoyulan məscidin tikintisi 2005-ci ildə başa çatdırılıb. Məscid Hilmi Şenalp tərəfindən Osmanlı memarlıq üslubunda tikilmişdir.[3] Məscid 2010-cu ildə dörd yanğına məruz qalmışdı. 2011-ci ildə cinayəti törədən şəxs tutuldu və ona iki il doqquz ay həbs cəzası verildi.[4]
Məscid 16-17-ci əsrlərə aid Osmanlı memarlığı əsasında tikilib. Məscidlərin hündürlüyü 37,1 metr olan iki minarəsi və 21,3 metr hündürlüyündə əsas günbəzi var.[5]