Bahəddin Şakir

Bahəddin Şakir (türk. Bahaddin Şakir; 1874[1], İstanbul17 aprel 1922[1], Berlin[2]) — Türkiyə həkimi, türk millətçisi siyasətçisi[3]erməni soyqırımının memarlarından biri.[4] Hökumətdə nazir və ya millət vəkili olmamasına baxmayaraq, "İttihat və Tərəqqi" Mərkəzi Komitəsində güclü nüfuz sahibi idi və partiyanı dəstəkləyən "Şura-yı Ümmət" jurnalının müdiri idi.[5] O, "İttihat və Tərəqqi"də "Həkimlər Qrupu"nun üç mühüm adından biri idi (digər ikisi Doktor Nazım və Doktor Rüsuhi Dikmən olmuşdur). O, "İttihat və Tərəqqi"nin pantürkistturançı qanadının bir hissəsi idi.

Bahəddin Şakir
türk. Bahaeddin Şakir
Şəxsi məlumatlar
Doğum tarixi 1874[1]
Doğum yeri
Vəfat tarixi 17 aprel 1922(1922-04-17)[1]
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şakir Birinci Dünya müharibəsi zamanı "Təşkilati Məxsusə"nin liderliyində idi. O, əmin müharibənin sonunda "İttihat və Tərəqqi"nin digər üzvləri ilə birlikdə əvvəlcə yerli Osmanlı hərbi tribunalı, sonra isə Britaniya hökuməti tərəfindən həbs edilmişdir. Şakir bəşəriyyətə qarşı cinayətlərə görə hərbi mühakimə olunana qədər Maltaya sürgün edilmiş və daha sonra Britaniya tərəfindən türk millətçi qüvvələrinin saxladığı girovlarla mübadilə edilmişdir. 17 aprel 1922-ci ildə Berlində Camal Əzmi ilə birlikdə sui-qəsd nəticəsində öldürülmüşdür.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Bahəddin Şakir Osmanlı imperiyasının Sliven şəhərində (indiki Bolqarıstanın bir hissəsi) anadan olmuşdur.

Şakir 1894-cü ildə Hərbi Tibb Məktəbini tibb kapitanı kimi bitirdikdən sonra Fransada tibbi hüquq təhsili almışdır. 1900-cü ildə həmin məktəbdə feldşer olmuşdur. O, Mustafa Xeyrulla Dikər ilə birlikdə tədqiqat sahəsinin qabaqcılları olmuşdular. Şakir xəstəxanadakı vəzifəsindən əlavə Şahzadə Yusif İzzəddinin özəl həkimi idi. Əhməd Rza və "İttihad və Tərəqqi"nin üzvləri ilə əlaqələr qurmuşdur. O, buna görə Ərzincana sürgün edilmişdir. "İttihad və Tərəqqi"yə yardım göndərdiyini görən səlahiyyətlilər Şakiri həbs edərək Trabzona sürgün etmişdir. O, 1905-ci ildə Misirə, oradan da Parisə qaçmışdır. Parisdə Doktor Nazimlə tanış olmuş və Əhməd Rza ilə yenidən əlaqə saxlamışdır. Sürgündə olan müddətdə "Şura-yı Ümmət" jurnalında məqalələr yazmışdır.

Bahəddin Şakir Osmanlı imperiyası daxilində "İttihad və Tərəqqi"nin dirçəlməsində mühüm rol oynamışdır. O, gizli şəkildə Konstantinopola getmiş və təşkilat üçün yeni bir daxili mərkəz üçün infrastruktur qurmuşdur.[6] 1906-cı ildə "Osmanlı Azadlıq Cəmiyyəti"ni təsis edilmişdir və bu, 1907-ci ildə "İttihad və Tərəqqi" ilə birləmiş, onun daxili inqilabi fəaliyyət mərkəzinə çevrilmişdir.

İkinci Məşrutiyyət dövrü

[redaktə | mənbəni redaktə et]
Bahəddin Şakirin portreti. "Sərvət-i Fünun" jurnalı. 1909-cu il oktyabr sayı.

1908-ci ildə İkinci Məşrutiyyət monarxiyasının elan edilməsindən sonra Şakir Konstantinopola və Hərbi Tibb Məktəbində əvvəlki vəzifəsinə qayıtmışdır. O, Türkiyənin məhkəmə tibbi üzrə müəllif hüququ ilə qorunan ilk dərsliyini yazmışdır. 1909-cu ildə hərbi və mülki tibb fakültələrinin birləşdirilməsi ilə qurulan Heydərpaşa Tibb Fakültəsində bu mövzu üzrə professor olmuşdur. Növbəti il Şakir tibb fakültəsinin dekanı təyin edilmişdir. O, bu dövrdə "Şura-yı Ümmət" üçün məqalələr yazmağa davam etmişdir. Bu arada o, "Əli Kamal işi" və "Qanuni əsasımızı pozanlar" adlı kitablarında imzasız formada rəqiblərini sərt şəkildə tənqid edərək jurnalistika fəaliyyətini davam etdirmişdir.

Bahəddin Şakir Birinci Balkan müharibəsində Bolqarıstan tərəfindən mühasirəyə alınan Ədirnə xəstəxanasında baş həkim vəzifəsində çalışmışdır. O, əsir götürülmüş və şəhər təslim olduqdan sonra sərbəst buraxılmışdır.

Şakir daha sonra 1913-cü ildə yaradılmış "Təşkilati Məxsusə" adlı gizli təşkilatın siyasi şöbəsinin müdiri təyin edilmişdir. Həmin il Səhiyyə Baş İdarəsi nəzdində yaradılmış Məhkəmə Tibb Müdirliyinə təyin olunmuşdur.

1919-cu ilin payızında Erməni İnqilab Federasiyası ("Daşnaksutyun") Erməni soyqırımının icraçılarına qarşı kampaniya aparmaq qərarına gəlmişdir. "Nemezis" əməliyyatı çərçivəsində Berlində olan Camal Əzmi və Şakiri öldürmək vəzifəsi Aram YerqanyanArşavir Şirakyana həvalə edilmişdi. 17 aprel 1922-ci ildə Şirakyan və Yerqanyan ailələri ilə birlikdə "Uhlandsştrasse"də gəzərkən Əzmi və Şakirlə qarşılaşmışdılar.[7] Şirakyan Əzmini öldürməyə və Şakiri yaralamağa nail olmuşdu. Yerqanyan dərhal Şakirin arxasınca qaçaraq onu başından güllə ilə öldürmüşdür.[8][9] Sui-qəsdçilər heç vaxt saxlanılmamışdır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France Bahattin Şakir // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Deutsche Nationalbibliothek Record #130303127 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. "The Armenian Genocide: The First Modern Islamic-Jihad Ethnic Cleansing". Journal of Security Studies and Global Politics. Islamabad, Pakistan. 3 (1): 121−125. 2018. ISSN 2519-9609.
  4. Granovsky, Súlim. "Armenian Genocide: The Silenced Extermination" (PDF). Raoul Wallenberg Foundation. 2024-01-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-31.
  5. McCullagh, Francis. The Fall of Abd-ul-Hamid. London: Methuen & Co. Ltd. 1910. səh. 19.
  6. Hanioğlu, 2008
  7. "Two 'Young Turks' Murdered in Berlin Assassins of Azmy Bey and Chakir Escape, but 15 Armenians Are Arrested. Financed from America German Police Say These Acts of Vengeance Have Their Inspiration Here" (PDF). The New York Times. 18 April 1922. 3 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 May 2013. - NYT preview page Arxivləşdirilib 2024-05-31 at the Wayback Machine
  8. Berberyan, Nazaret. ՏԱՐԵԴԱՐՁՆԵՐ- Արշաւիր Շիրակեան Հայ ժողովուրդի Արդարահատոյց Բազուկը. Asbarez (erməni). 13 April 2010. 16 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2013.
  9. Derogy, Jacques. Resistance and revenge: the Armenian assassination of the Turkish leaders responsible for the 1915 massacres and deportations. Transaction Publishers. 1990. səh. 61. ISBN 9781412833165.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]