Şəhla İsmayıl

Şəhla İsmayıl 1976-cı ildə Bakı şəhərində anadan olub. İxtisasca ingilis dili filologiyası üzrə magistr təhsilli filoloqdur. 2005-ci ildə Birləşmiş Krallığın "İnsan Hüquqları, Demokratiya və Yaxşı İdarəçilik" mövzusunda Con Smit təqaüd proqramının Azərbaycandan olan ilk məzunlarındandır.[1] 2011-ci ildə ABŞ-də yerləşən Avrasiya Fondunun "Avrasiyanın Gənc Liderləri" təqaüd proqramının Azərbaycan üzrə ilk mükafatçısıdır.

Şəhla İsmayıl
İsmayıl Şəhla Rafiq qızı
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası İngilis dili filologiyası üzrə magistr təhsilli filoloq
Təhsili Xəzər Universiteti
Fəaliyyət illəri 1998-ci ildən indiyə kimi
Mükafatları

"Tərəqqi" medalı — 2010

"Fəxri Legion" ordeninin Zabit dərəcəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəhla İsmayıl azərbaycan, rusingilis dillərində sərbəst danışır və yazır. Ailəlidir. İki övladı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

Şəhla İsmayıl, 1998-ci ildən qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı fəaliyyət göstərir.[2]

O, 20 ildən artıqdır ki, gender bərabərliyi və qadın hüquqları sahəsində fəal şəkildə çalışır.[3] İngiltərə (2005), ABŞ (2011), Belçika (2014) və Fransada (2018) həyata keçirilən təqaüd proqramlarının iştirakçısı olmuş Şəhla İsmayıl, dünyanın 50-dən artıq şəhərində məruzəçi qismində çıxış etmişdir.[4][5]

O, 2002-ci ildən etibarən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri[6][7][8]və 2005-ci ildən başlayaraq Azərbaycanda Norveç İnsan Hüquqları Fondunun müvəkkilidir. Şəhla İsmayıl, həmçinin 2010-cu ildən biznes layihələri ilə də məşğul olmağa başlamışdır. O Azərbaycanda ilk İR şirkəti olan CONTRAST şirkətinin İdarə Heyətinin üzvüdür.

Digər yandan qərargahları ABŞ-də yerləşən "Qadınlar üçün Qlobal Fond" və 2011-ci ildən də "Qadın Hüquqları üzrə Təcili Yardım Fondu" təşkilatlarının məsləhətçisidir.

Şəhla İsmayıl 2013-cü ildən Almaniyanın Konrad Adenauer Fondunun "Qadın Gücünə Güc" adlı layihəsinin rəhbəri vəzifələrində çalışıb. O, həmçinin kommunikasiya bacarıqları, insan resursları və institusional potensialın artırılması üzrə mütəxəssis, həyat və biznes kouçu qismində fəaliyyət göstərir(b).

O, 2013-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Təhsil Texnologiyaları Milli Mərkəzinin "Sağlam Təhsil — Sağlam Xalq" mega-layihəsinin Gender Blokuna rəhbərlik etmişdir. Layihənin əsas məqsədi yüksək səviyyədə öyrənmə vərdişlərinə nail olmaq üçün gender və sağlamlığın müdafiəsinə həsr olunmuş innovativ texnologiyalar vasitəsilə Azərbaycanın təhsil sistemində əsaslı islahatların həyata keçirilməsidir.[9]

2014-cü ildən etibarən Şəhla İsmayıl, yaratdığı Azərbaycanda ilk gender-profilli kommersiya təşkilatı olan "Gender Port" adlı MMC-nin təsisçisi və direktorudur. Bu təşkilatın missiyası və məqsədləri Azərbaycan qadınının inkişafına və bərabərliyinə xidmət etməkdən ibarətdir. O həmçinin 2016-cı ildən etibarən "NEST Group" adlı ailələrə dəstək mərkəzinin təsisçisidir.[10]

O, 100-dən çox milli və beynəlxalq layihənin, 120 nəşr, hesabat və siyasi sənədin, eləcə də Azərbaycanda ilk Analıq Məktəbi, ilk Gender Ekspert Qrupu, ilk Qadın Resurs Mərkəzi, ilk Qadın Parlamenti, Bələdiyyələr nəzdində ilk Qadın Palataları, ilk Gender Məktəbi layihələrinin və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi üzrə ölkənin ilk Milli Fəaliyyət Planının müəllifidir. Şəhla İsmayıl Atlantik Müqavilə Assosiasiyasının Qadın, Sülh və Təhlükəsizlik mövzusunda fəaliyyət göstərən İşçi Qrupunun Azərbaycan üzrə nümayəndəsidir.[11][12]

Şəhla İsmayıl qadın hüquqları, insan hüquqları, gender bərabərliyi, təşkilatın idarə edilməsi və ünsiyyət bacarıqları sahələrində ixtisaslaşıb.[13][14][15][16] O həmçinin 50-dən çox beynəlxalq və milli layihənin müəllifi və rəhbəri, eləcə də, 8 kitabın müəllifidir. Şəhla İsmayıl bir çox milli və beynəlxalq layihələrdə, o cümlədən, bir neçə biznes layihəsində genderə-həssas alətlərlə gender ekspertizasını həyata keçirir(b).[17][18][19][20][21][22][23][24][25][26]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Bob Hepple adına Bərabərlik Mükafatı[redaktə | mənbəni redaktə et]

2018-ci ildə Şəhla İsmayıl gender bərabərliyi sahəsində verdiyi töhfələrə görə İngiltərədə Bob Hepple adına Bərabərlik Mükafatına layiq görülmüşdür.[27][28][29][30]

"Tərəqqi" medalı[redaktə | mənbəni redaktə et]

Prezident İlham Əliyev Azərbaycan qadınlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilən qadınlar arasında Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının əlaqələndiricisi Şəhla İsmayıl da olub.[31][32][33][34][35]

Şərəf Legionu Kavaleri Ordeni[redaktə | mənbəni redaktə et]

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl gender bərabərliyinin inkişafına və sülhyaratmaya verdiyi töhfəyə görə Şərəf Legionu Kavaleri Ordenilə təltif edilib.[36][37][38][39][40]

2022-ci il, iyunun 2-də Fransa səfirliyində mükafatın təqdim edilməsi mərasimi keçirilib. Fransa səfiri Zakari Qross ordeni təqdim edərək Şəhla İsmayılın qadın hüquqlarının müdafiəsi, inklüziv cəmiyyətin inkişafı, Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasındakı xidmətlərindən danışıb.

Şəhla İsmayıl cavab çıxışında onun fəaliyyətinə verilən belə yüksək qiymətə görə təşəkkürünü bildirib. Mükafatlandırma mərasimində bir sıra ölkələrin diplomatik korpusunun və Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bringing knowledge of UK democratic principles back to my country" (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  2. "Women's Association for Rational Development, Human Rights House Azerbaijan". app.swapcard.com (ingilis).
  3. "Şəhla İsmayıl "Qaynar Qazan"da (I hissə):"Özümü Azad qadın hiss edirəm..."" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  4. "Azərbaycanda bir ilk - Prezident tənqidçi hüquq müdafiəçisini mükafatlandırdı" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  5. "Two Decades Empowering Women in Azerbaijan" (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  6. "RİQC-nın əməkdaşları ilə REPORTAJ" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  7. "Tənqidi mövqedə olan QHT sədrindən açıqlama - "Yola davam!"" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  8. "SHAHLA ISMAYIL - HRD, CHAIRPERSON - The Women's Association for Rational Development (WARD)". frontlinedefenders.org (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  9. "Şəhla İsmayıl – Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti". ogp.org.az (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  10. "Şəhla İsmayıl – Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti". ogp.org.az (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  11. "Şəhla İsmayıl – Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti". ogp.org.az (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  12. "GENDER, PEACE AND SECURITY". eplo.org (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  13. ""I want to die just once"". kvinnatillkvinna.org (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  14. "The Azerbaijani National Platform will hold an international conference in Baku". eap-csf.az (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  15. "An event on the theme "Prevention of gender-based sex selection in Azerbaijan" was held". www.au.edu.az (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  16. "Women continue facing gender-based restrictions in Azerbaijan". www.strategeast.org (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  17. "Şəhla İsmayıl "Tərəqqi" medalı ilə təltif olunub". eap-csf.az (az.). 2023-08-11 tarixində arxivləşdirilib.
  18. "5 projets présentés lors des auditions du « French-German Gender Equality Prize » 2022". az.ambafrance.org (fransız). 2023-08-26 tarixində arxivləşdirilib.
  19. ""Our people will enjoy bright future" says gender advocate". www.eda.admin.ch (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  20. "A conference was held on "The Role of Women in The Post Conflict Rehabilitation in Azerbaijan"". aircenter.az (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  21. "Investing in Women: Advancing the Transformative Gender Agenda in Central and West Asia in a Post-COVID-19 Environment". www.adb.org (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  22. "Investing in Women: Advancing the Transformative Gender Agenda in Central and West Asia in a Post-COVID-19 Environment". events.development.asia (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  23. "Russia's invasion of Ukraine and its impacts on Eastern Europe". www.ceps.eu (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  24. "5 projets présentés lors des auditions du « French-German Gender Equality Prize » 2022". www.ifa.az (fransız). 2023-08-26 tarixində arxivləşdirilib.
  25. "JOINT LETTER OF CIVIL SOCIETY REPRESENTATIVES TO THE LEADERS OF THE EU THE VACCINATION IN EASTERN EUROPE". 3dcftas.eu (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  26. "EU Energy Policy and Azerbaijan's Human Rights Crackdown". www.irfs.org (ingilis). 2023-01-27 tarixində arxivləşdirilib.
  27. "Şəhla İsmayılın Bob Hepple adına Bərabərlik Mükafatına layiq görülməsi". cyr.az (az.). 2023-08-11 tarixində arxivləşdirilib.
  28. "Bob Hepple Bərabərlik Mükafatının qalibi 2018: Şəhla İsmayıl" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  29. "Şəhla İsmayılın Bob Hepple adına Bərabərlik Mükafatına layiq görülməsi" (az.). QHT sədri beynəlxalq mükafata layiq görüldü. 2023-08-12 tarixində arxivləşdirilib.
  30. "Bob Hepple Equality Award Ceremony – Thursday 12th September 2019, London". ohrh.law.ox.ac.uk (ingilis). 2023-08-26 tarixində arxivləşdirilib.
  31. "Şəhla İsmayıl "Tərəqqi" medalı ilə təltif olunub". eap-csf.az (az.). 2023-08-11 tarixində arxivləşdirilib.
  32. "İlham Əliyevin medal verdiyi tənqidçi hüquq müdafiəçisi danışdı" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  33. "İlham Əliyevdən qadınlara BÖYÜK BAYRAM MÜKAFATI - SİYAHI" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  34. "Tənqidi mövqedə olan QHT sədrindən açıqlama - "Yola davam!"" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  35. "Azərbaycanda bir ilk - Prezident tənqidçi hüquq müdafiəçisini mükafatlandırdı" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  36. "Şəhla İsmayıl Fransanın Ordenilə təltif edilib" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  37. "Şəhla İsmayıl gender bərabərliyinin inkişafına və sülhyaratmaya verdiyi töhfəyə görə Şərəf Legionu Kavaleri Ordenilə təltif edilib" (az.). abzas.org. 2023-08-11 tarixində arxivləşdirilib.
  38. "Şəhla İsmayıl Fransanın Fəxri Legionun Kavaleri Ordenilə təltif edilib" (az.). 2023-08-12 tarixində arxivləşdirilib.
  39. ""WARD" QHT-nin prezidenti xanım Şəhla İsmayıla « Xidmətlərə Görə Milli Ordenin Kavaleri » titulunun təqdim edilməsi". az.ambafrance.org (az.). 2023-08-13 tarixində arxivləşdirilib.
  40. "Remise des insignes de Chevalier de l'Ordre National du Mérite à Mme Shahla Ismail, présidente de l'ONG WARD". az.ambafrance.org (fransız). 2023-08-13 tarixində arxivləşdirilib.