Şəhla Ağapur və ya Şəhla Ağapur-Benakohell (1976, Tehran) — Almaniyada yaşayan azərbaycanlı rəssam, yazıçı və qalereya direktoru. O, həmçinin yazıçılıq və şairlikdən əlavə heykəltaraşlıqla da məşğuldur.[1][2]
Şəhla Ağapur | |
---|---|
fars. شهلا آقاپور | |
Doğum tarixi | 1976 |
Doğum yeri | Təbriz |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı | Almaniya |
Fəaliyyəti |
Rəssamlıq Şairlik Yazıçılıq Heykəltaraşlıq |
Təhsili | Berlin İncəsənət Universiteti |
aghapour.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhla Ağapur Tehran şəhərində azərbaycanlı ailədə anadan olmuşdur. O, erkən yaşlarından incəsənət və ədəbiyyatla maraqlanmağa başlamışdır. O, həmçinin jurnalistika ilə də məşğul olmuşdur. İran İslam inqilabından sonra Ayandegan qəzetində çalışmışdır. Dissident jurnalist fəaliyyətinə görə İrandan Almaniyaya miqrasiya etməyə əcbur olmuşdur.
Berlinə köçdükdən sonra sərbəst iş formasında çalışmış və Almaniyada və başqa ölkələrdə öz əsərləri nümayiş etdirilən sərgilər təşkil etmişdir.[3][4] and other countries.[5] 2003-cü ildə Berlin İncəsənət Universitetində İncəsənət ixtisası üzrə magistr təhsilini başa vurmuşdur.[6][7] Bundan sonra incəsənət müəllimi və rəssamlıq layihələrinin rəhbəri kimi çalışmışdır.[8][9][10][11]
Şəhla Ağapur Almaniya Federal Rəssamlar İttifaqının üzvüdür. Həmçinin Almandilli ölkələrdə yaşayan sürgündəki yazıçıların PEN Mərkəzinin üzvüdür.[12] Sürgündəki iranlı yazıçıların təşkilatı olan İranlı Yazıçılar İttifaqının 2007-ci ildən 2009-cu ilə qədər sədri olmuşdur.[13]