Şəhriyar Cəfərov (1986, Bakı) — baletmeyster-xoreoqraf, balet artisti, rəqqas, "Rəqs sultanları" qrupunun bədii rəhbəri.
Şəhriyar Cəfərov | |
---|---|
Şəhriyar Aydın oğlu Cəfərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | baletmeyster |
Fəaliyyət illəri | 1993-cü ildən bu günə kimi |
Təhsili | |
Teatr |
Şəhriyar Aydın oğlu Cəfərov 1976-cı ildə Bakı şəhərində anadan olub.
1984-1986-cı illərdə Moskva şəhərində məşhur çeçen rəqqası,SSRİ-nin balet artisti, xoreoqraf,SSRİ Xalq Artisti Mahmud Esambayevin rəqs məktəbində təhsil alıb və Mahmud Esambayevin Azərbaycanda yeganə tələbəsi olmuşdur.1986-1994-cü illərdə Bakı Xoreoqrafiya məktəbində balet artisti ixtisası üzrə təhsil almışdır. Oranı bitirdikdən sonra 1995-1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Dram teatrı və kino aktyoru" ixtisası üzrə təhsil almışdır. Daha sonra 2003-2007-ci illərdə isə ikinci təhsil olaraq xoreoqraf-baletmeyster ixtisası üzrə təhsil almışdır. İstanbuldan qayıtdıqdan sonra 2003-2010 A.N.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında klassik rəqs fənni üzrə dərs deyib. Daha sonra bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.2013-cü ildən 2019-cu ilə kimi Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evində məşqçi xoreoqraf-pedaqoq kimi çalışmışdır. 2020-ci ildən etibarən İstanbulda yaşayır və Memar Sinan İncəsənət Universitetində müəllim vəzifəsində çalışır.
1993-cü ildən 1999-cu ilə kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balet solisti kimi çalışmışdır.İşlədiyi illər ərzində aşağdakı balet və opera tamaşalarında ifa etmişdir.
Bir müddət Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet məşqçi-pedaqoq vəzifəsində çalışıb.Çalışdığı illərdə F.Liqar "Şən dul qadın"(1999), M.Fətəli Axundzadənin "Kimyagər"(2012) musiqili komediyalarında xoreoqraf-baletmeyster kimi çalışmışdır.
2000-2003-cü illərdinə Türkiyə Cumhuriyyəti İstanbul Dövlət Opera və Balet Teatrında balet solisti çalışmışdır.
Şəhriyar Cəfərov 2001-ci ildə Azərbaycanda ilk dəfə "Uzundərə " xalq rəqsinə duet rəqsi olaraq quruluş vermiş və İstanbulda Show tv-də yayımlanan "Hülya show" proqramında Ebru Önal ilə birlikdə ifa etmişdir. 2003-cü ildə Qırğızıstanda keçirilən – ''Issık göl-2003'' beynəlxalq müsabiqəsində birincilik qazanmışdır. 2009-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən 2-ci beynəlxalq Antalya rəqs müsabiqəsində "müasir rəqs" kateqoriyası üzrə qalib adını qazanmışdır.