Mahmud Esambayev

Mahmud Əlisultanoviç Esambayev (15 iyul 1924[1][2], Köhnə Atagi[d], Çeçen Muxtar Vilayəti[d][1]7 yanvar 2000[2], Moskva) — məşhur çeçen rəqqası, SSRİ-nin balet artisti, xoreoqraf, estrada rəqqası, SSRİ Xalq Artisti (1974). Sosialist Əməyi Qəhrəmanı (1984).

Mahmud Esambayev
Mahmud Əlisultan oğlu Esambayev
Digər adı Mahmud Esembayev
Doğum tarixi 15 iyul 1924(1924-07-15)[1][2]
Doğum yeri
Vəfat tarixi 7 yanvar 2000(2000-01-07)[2] (75 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktyor, balet artisti, xoreoqraf, siyasətçi, baletmeyster, estrada artisti, estrada artisti[d]
Fəaliyyət illəri 1939–1995
Mükafatları "SSRİ xalq artisti" fəxri adı Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
IMDb ID0260063
esambaev.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mahmud Əlisoltanoviç Esambayev 1924-cü il iyul ayının 15-də Qroznı yaxınlığındakı Köhnə Atagi kəndində anadan olmuşdur. O, çeçen Sovet balet artisti, rəqqas, 1974-cü ildən SSRİ Xalq artistidir.

1939–1941-ci illərdə Qroznı Xoreoqrafiya Məktəbində oxumuş, 1944–1956-cı illərdə Qırğızıstan Opera və Balet Teatrının solisti olmuşdur.

1957-ci ildən estradada çıxış etmişdir. Esambayevin repertuarına dünya xalqlarının rəqsləri daxil idi. "Çoban" (çeçen-inquş, özbək), "Ovçu və qartal" (monqol), "Döyüşçü" (başqırd), "Qızıl allah" ("Bharat natyam" hind klassik rəqsi üslubunda), "Makumba" (Braziliya mərasim rəqsi), "Ave Mariya" rəqs novellası (F. Şubertin musiqisi əsasında), "Alov rəqsi" (M. de Falyanın musiqisi əsasında) Esambayevin məşhur rəqslərindəndir.

Virtuozluq, yüksək emosionallıq və plastiklik, rəqsin üslub və xarakterini dəqiq, qabarıq vermək məharəti onun ifacılığı üçün xarakterikdir. İncəsənət aləmində onu "rəqs şairi" adlandırırlar.

Məşhur rəqqas balet ustası olana qədər çətin bir həyat yolu keçmişdir. 1962-ci ildə "Azərbaycanfilm"in istehsal etdiyi "Mən rəqs edəcəyəm" adlı 91 dəqiqəlik tammetrajlı bədii film Mahmud Esambayevin həyat və yaradıcılığına həsr olunmuşdur. Baş rolunu M. Esambayevin özünün canlandırdığı filmin digər adı "Əmək və qızılgül"dür. Filmdə rəqqasın yaradıcılığından söhbət getməklə yanaşı, çeçen-inquş xalqının həyatı da öz əksini tapmışdır. Filmin ssenari müəllifi İdris Bazorkin, Tofiq Tağızadə, quruluşçu rejissoru Tofiq Tağızadə, operatoru Rasim Ocaqov, rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Rauf Hacıyevdir. Rollarda Mahmud Esambayev (Mahmud Esembayev kimi) Mahmud, Vladimir Txapsayev — Əlisultan, Leyla Abaşidze — Doğmara, Münəvvər Kələntərli — Sonu, Hökümə Qurbanova — Bikətu, Adil İsgəndərov — Klub müdiri, İsmayıl Əfəndiyev — Həkim, Gündüz Abbasov — Müsit, Tələt Rəhmanov — İnzibatçı, İbrahim Əliyev — Mahmud (uşaq) və başqaları çəkilmişlər.

1959-cu ildə Esambaev öz proqramı ilə Moskvada çıxış etmiş, sonra "Sovet baletinin ulduzları" qrupunun tərkibində Fransada, Cənubi Amerikada qastrol səfərlərində olmuşdur. Beynəlxalq estrada incəsənəti xadimləri ittifaqının prezidenti, Beynəlxalq rəqs akademiyasının akademiki idi. Onun fəal dəstəyi nəticəsində Qroznıda dramatik teatr və sirkin yeni binaları tikilmişdir.

10-cu çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Mahmud Esambayev 2000-ci il yanvar ayının 7-də 76 yaşında dünyasını dəyişmiş, Moskvada Danilov müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Repertuarındakı dünya rəqsləri

[redaktə | mənbəni redaktə et]
  1. "Çoban" (çeçeninquş, özbək)
  2. "Ovçu və qartal" (monqol)
  3. "Döyüşçü" (başqırd)
  4. "Makumba" (Braziliya mərasim rəqsi)
  5. "Ave Mariya rəqs novellası" (Frans Şubertin musiqisi əsasında)
  6. "Alov rəqsi" (Manuel De Fallanın musiqisi əsasında)
  1. Əmək və qızılgül (film, 1962)

Mahmud Esambayev heç vaxt məşhur papağını başından çıxarmırmış.[3] O, SSRİ-də yeganə adam olub ki, pasport şəklini papaqla çəkdirməsinə icazə veriblər.[3]

  1. 1 2 3 4 Эсамбаев Махмуд Алисултанович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 Bibliothèque nationale de France Makhmud Essambaev // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Mən rəqs edəcəyəm Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. sputnik.az, 15. iyul 2015  (az.)