Şəhriyar Şahlar oğlu Hacıyev (2 avqust 1999, Novoivanovka, Gədəbəy rayonu – 26 oktyabr 2020, Ballıqaya, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi.
Şəhriyar Hacıyev | |
---|---|
Şəhriyar Şahlar oğlu Hacıyev | |
Fayl:Şəhriyar hacıyev.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 avqust 1999 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2020 (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı qüvvələri |
Qoşun növü | Azərbaycan Quru qoşunları |
Rütbəsi | əsgər, XTQ |
Vəzifəsi | baş kəşfiyyatçı |
Təltifləri |
Şəhriyar Hacıyev 2 avqust 1999-cu il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində anadan olub. 2005-2016-cı illərdə Abşeron rayonu, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə həqiqi hərbi xidməti başa vurub.[1]
Şəhriyar Hacıyev İkinci Qarabağ müharibəsində torpaqların işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.[2] 26 oktyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsi döyüşlərində qəhrəmancasına Şəhid olub.[3]
Şəhriyar Hacıyevin atası Şahlar Hacıyev I Qarabağ müharibəsində iştirak edib, yaralanıb. Şəhriyar atasının yaralandığı yerdə, Ballıqayada şəhidlik zirvəsinə yüksəlib. Novoivanovka kənd qəbirstanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]