Fərid Eyvaz oğlu Məmmədov (12 oktyabr 2000, Şımıxlı, Kürdəmir rayonu – 15 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Fərid Məmmədov | |
---|---|
Fərid Eyvaz oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Suqovuşan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı qüvvələri |
Qoşun növü | Azərbaycan Quru Qoşunları |
Rütbəsi | MAHHXHQ, əsgər |
Təltifləri |
Fərid Eyvaz oğlu Məmmədov 12 oktyabr 2000-ci ildə Kürdəmir rayon Şıxımlı kəndində anadan olub.[1] 2006-cı ildə Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2017-ci ildə həmin məktəbdən məzun olub. Bəzi övladlar kiçik yaşdan həyatın yükünü çiyinlərində daşımağa məcbur olur. Fərid də məhz o övladlardan biri idi ki, hələ 7-ci sinifdə oxuyarkən bazarda işləməyə başlayıb. Bəziləri soyuq qış gecələrində isti yorğan altda yatarkən Fərid sübh tezdən oyanıb ailəsinə dəstək ola bilmək üçün iş dalınca gedərdi. Fəridin uşaqlıq arzusu idi Hərbidə işləmək, 8-ci sinifdə Naxçıvanskiyə daxil olmaq istəsə də sənədləri qəbul olunmayıb.[2]
11-ci sinfi bitirəndən sonra əsgərliyə gedib və əsgərliyi Tərtər rayonunda xidmət etməklə keçirib. Hərbi xidmətdə fəallığı ilə seçilən igidimiz müddətdən artıq hərbi xidmətdə olaraq 2020-ci ildən Maxe kimi xidmətinə davam edib.
27 sentyabr ikinci Qarabağ müharibəsi başlayanda oğlu xidmətdə olan hər valideyn kimi Fəridin anası da çox narahatlıq keçirir. Həmin ərəfələrdə oğlundan bir xəbər ala bilməyən ananın nigarançılığı isə birə beş artır. Nəhayət, oktyabrın 14-ü ailəsi ilə əlaqə saxlayan Fərid “hər şey yaxşı olacaq, özünüzə yaxşı baxın, görüşərik”- desə də ona bir daha ailəsi ilə görûşmək nəsib olmur. Oktyabrın 15 günorta saatlarında Suqovuşan ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Məmmədov ölümündən sonra Suqovuşanın azad olunmasına görə ilə təltif edildi.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Məmmədov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.[7]