Şəki Dövlət Rəsm Qalereyası — 1982-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş rəsm qalereyasıdır.[1]
Şəki Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1982 |
Yarandığı yer | Şəki, Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Şəki, Yuxarı baş qala divarla, Mirzə Fətəli Axundov, AZ5503 |
Qurucusu | İlahə Məmmədova |
Vikianbarda əlaqəli mediafayllar |
Bina 1895-ci ildə çar Rusiyasının hərbi hissələri üçün kazarma kimi tikilib. Birmərtəbəlidir, dörd zaldan və dörd otaqdan ibarətdir. Divarları yerli çay daşı və kərpicdən hörülüb. Çardağı taxta konstruksiyalıdır, üstü dəmirlə örtülüb. Bina qərbdən və cənubdan Qala divarları ilə əhatə olunub. 1982-ci ildən Şəki Dövlət Rəsm Qalereyası kimi fəaliyyət göstərir.[2]
1982-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən Şəki Dövlət Rəsm Qalereyası Şəki şəhərinin Yuxarıbaş məhəlləsində, "Dövlət Tarix Memarlıq Qoruğu"nda qala divarları arasında yerləşən keçmiş Çar Rusiyasının kazarması olmuş binada yerləşir. Binanın tikilmə tarixi 100 ildən çoxdur. Şəki Dövlət Rəsm Qalereyası üç zaldan: Emalatxana zalı, Fond Otağı və İdarəetmə (Direktor və digər köməkçi otaqlar) otaqlarından ibarətdir. Rəsm qalereyasının fondunda 327 əsər vardır. Bu əsərlərdən 244-ü rəngkarlıq, 68-i sulu boya, qrafika, 15-i heykəltaraşlıq işləridir. Fond əsərlərinin əksəriyyəti Azərbaycan SSR-ı tərəfindən 1982, 1984 və 1986-cı illərdə Qalereyaya verilmişdir. Fondun əsərləri içərisində tanınmış heykəltaraş Sapsayın, tannınmış rəssamlardan Toğrul Nərimanbəyovun, Mehdiyevin, Sadıqzadənin, Sakitin və digərlərinin əsərləri vardır.[3]