Şəki Tarix-Diyarşünaslıq Muzeyi — Şəki rayonunda fəaliyyət göstərən muzey. Muzey Rəşid bəy Əfəndiyevin adını daşıyır. 1925 –ci ildən fəaliyyət göstərir. Binanın ümümi sahəsi 924 km ²-dır. Bunun 724 m2-də ekspozisiya zalları yerləşir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1925 |
Mövzu | arxeologiya, etnoqrafiya |
Ölkə | |
Yerləşir | Şəki, Qala divarları 1 |
Kolleksiyası | 5000-dən çox eksponat |
Direktor | Yaqut Cəlalova |
Muzeyə yetişmək | Narınqala divarları, 055 Şəki, Azərbaycan[1] |
Telefon | (+99424) 24 4 37 02 |
41°12′15″ şm. e. 47°11′52″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeyin 1980-ci ildən bəri fəaliyyət göstərdiyi hazırkı binası 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş tarixi abidədir.[2] Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir.[3] Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.Eyni zamanda Böyük vətən müharibəsi (1941-1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır.[4] Müxtəlif illərdə müxtəlif binalarda yerləşən R.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi hazırda Şəkinin səfalı bir guşəsində - Qala Divarları arasında olan binada yerləşib. 1895-ci ildə kazarma məqsədilə tikilmiş bu tarixi binaya muzey 1980-ci ildən köçürülüb. Əvvəllər 2 otağa yerləşən muzeyin indi 10 ekspozisiya, 1 lektoriya zallarından ibarətdir.
Muzey aşağıdakı şöbələrdən ibarətdir: