Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Şəmsəddin Əşrəf oğlu Axundov ({{DVTY}} şablonu boşdur ) — Milli Aviasiya Akademiyasında ictimaiyyətlə əlaqə üzrə prorektor, mədəniyyət nazirinin sabiq müavini.
Şəmsəddin Axundov | |
---|---|
1991 – 7 sentyabr 2001 | |
Nazir | Polad Bülbüloğlu |
Sonrakı | Vaqif Mustafayev |
|
|
Təltifləri |
|
Şəmsəddin Axundov 1956-cı ildə Azərbaycan Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirib. Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb (1956-1965).
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, sədr (1965-1969) olmuş, Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri vəzifəsində işləmişdir (1969-1981). 1981-1987-ci illərdə M.F.Axundov adına Respublika Kitabxanasında elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1988-2001-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyində mədəni-maarif müəssisələri idarəsində rəis, mədəni-maarif, kitabxana və muzey işləri baş idarəsində rəis, 1991-ci ildən nazir müavini vəzifələrində çalışmış, həmçinin Azərbaycan Respublikası Nazirlər Şurasının qərarı ilə Mədəniyyət Nazirliyinin Kollegiya üzvü kimi fəaliyyət göstərmişdir.
0, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 7 sentyabr 2001-ci il tarixli 802 nömrəli sərəcanmı ilə mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilmişdir.[1]
2005-2011-ci illərdə Milli Aviasiya Akademiyasında yaradılmış “Aviasiya tarixi muzeyi”nin direktoru olmuşdur.[2]
2001-ci ildən dövlət qulluğu təqaüdünə çıxmışdır. “Şərəf nişanı” və “Qırmızı əmək bayrağı” ordenləri, “Əmək rəşadətinə görə”, “Əmək igidliyinə görə”, “Uzunmüddətli fədakar əməyə görə” medalları, “SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisi”nin Qızıl medalı, “Əla mədəniyyət işçisi” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “100 illik” medalları ilə təltif olunmuşdr. 1978-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Həyətinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.