Şərəf xan Bitlisi

Şərəf xan ya da Şərəf xan ibn Şəmsəddin bəy bin Şərəf bəy Bidlisi (fars. شرف‌خان‎ ya da شرف‌خان بدلیسی; d. 1543 Qum - ö. 1599? Bitlis) — Bitlisin kürd əmiri. O, həm də tarixçi, yazıçı və şair olmuşdur. Şərəf xan yalnız fars dilində yazıb yaratmışdır. O, gənc yaşlarında Səfəvi sarayına göndərilmiş və orada təhsil almışdır. Şərəfnamənin müəllifidir.[3]

Şərəf xan Bitlisi
Şərəf xan Əmir Şəmsəddin oğlu Bidlisi
Doğum tarixi
Doğum yeri Qum, İran
Vəfat tarixi 1603[1][2]
Vəfat yeri Bitlis, Türkiyə
Fəaliyyəti tarixçi, yazıçı

Şərəf xan Bidlisi 25 fevral 1543-cü ildə Qum vilayətində Rojkan (Ruzəki) əşirətindən olan Əmir Şəmsəddinin ailəsində doğuldu. Əmir Şəmsəddin bəy Şərəf xan doğulmadan 8 il öncə, Sultan Qanuni Süleyman tərəfindən əmirlikdən çıxarılmışdı. O da Səfəvilərə sığınmışdı.

Şərəf xan 8 yaşındaykən atası tərəfindən Təbrizə göndərilərək I Təhmasibın oğulları ilə birlikdə xas hərəmdə, sarayda oxumuşdu. 1551-ci ildən 1554-cü ilədək tanınmış qızılbaş övladları ilə şahanə təlim-tərbiyə görmüşdü. Anası Ərzincan hakimi, Türkman elinin Mosullu oymağından Əmir xanın qızı idi.

Şərəf xan 12 yaşında olarkən şah onu şirvanın Salyan və Mahmudabad bölgəsinə hakim təyin etmişdi. Bölgəni onun adından lələsi Şeyx Əmir bəy Balbasi idarə edirdi. Hələ atasının hakimiyyəti çağından onların ailəsinə sədaqətlə xidmət edən Şeyx Əmir bəy 1553-cü ildə vəfat etdi. 1556-cı ildə Salyan və Mahmudabad bölgəsi başqasına verildi. Şərəf xana Həmədan vergisindən təqaüd kəsildi. Lələliyi dayısı oğlu Məhəmmədi bəy Mosullu-Türkman oldu. 1559-cu ilədək Həmədanda yaşadı.

Şərəf xan 1566-cı ildə Rojkan (Ruzəki) əşirətinin başçısı təyin olundu. Qəzvində yaşamağa başladı.

Şərəf xan sərkərdə kimi 1568-ci ildə Gılan üsyanında iştirak etmişdi. Giləklərin ayaqlanmasını yatırmaqda xeyli şücaət göstərmişdi.

Şərəf xan 1575-ci ildə Gilansan Qəzvinə qayıtdı. Şah onu yenidən Şirvana göndərdi. Ərəş, Ağdaş, Qəbələ və Bakının gəlirlərindən onun saxlanılmasına xərcləndi.

22 avqust 1576-cı ildə II Şah İsmayıl Səfəvi taxta çıxdı. Şərəf xanı saraya çağırıb, İran kürdlərinə əmirülüməra təyin etdi. Kürdüstan, Lorestan və başqa yerlərdə məskunlaşan kürdlər vacib, çətin və müşkül işlərini, ağırlıqlarını, qan davalarını öz əmirləri vasitəsilə Şərəf xana çatdırırdılar. Saray intriqaları nəticəsində Şərəf xan bu vəzifəsindən kənar edildi.

Şərəf xan 1577-ci ildə II Şah İsmayıl tərəfindən Naxçıvana vali göndərildi. Həmin ildə taxta Sultan Məhəmməd Xudabəndə çıxdı. Səfəvilər və Osmanlı dövləti arasında savaş başlandı. Şərəf xan Naxçıvandan Lələ Mustafa paşanın araçılığı ilə Osmanlı sultanı III Murada məktub yazaraq Osmanlıya bağlılığını bildirən Şərəf xan Sultan III Murad tərəfindən hədiyələr göndərilərək Bitlis bəyliyinə təyin edilmişdi.

Şərəf xan Osmanlı sultanı III Murad tərəfindən Qafqaza edilən yürüşdə iştirak etmişdi.

Şərəf xan 1597-ci ildə 53 yaşına çatanda xanlıq və hökmdarlığını oğlu Əbul Məali Şəmsəddinə bıraxıb tarixilə ilgilənməyə başlamış və Şərəfnamə əsərini yazmışdı. Şərəf xan 1604-cü ildə Bitlisdə vəfat etmişdir. Məzarı Bitlisdə, Şərəfiyyə Külliyəsinin həyətindəki türbənin içindədir.

Şərəf xan dayısı oğlu Məhəmmədi bəy Mosullu-Türkmanın qızı ilə ailə qurmuşdu.

Şərəf xan Bidlisi 60 yaşında və 1597-ci il tarixində tamamladığı əsər "Şərəfnamə" adlanır. Farsca yazılıb, Şərqi Anadolunun tarixi, bəylikləri, soy kötükləri, Bitlis bəyləri anladır. Dövründə və özündən əvvəl vaqe olan hadisələrdən danışır. Bu əsər, farscadan başqa türkcə, İngiliscə, ərəbcə və ruscaya tərcümə edilib. Şərəf xanın əsərinin birinci cildi 1967-ci il, ikinci cildi isə, 1976-cı ildə E.İ. Vasilyeva tərəfindən rus dilinə qazandırılmışdır və Moskovada çap olunmuşdur.

Şərəf xan yazdığı bu əsəri “Eğri Fatehi” olaraq anılan Sultan III Mehmedə ithaf etmişdir.

  1. Šaraf-al-Dīn Khan Bedlīsī // NUKAT. 2002.
  2. Bedlīsī, Šaraf-al-Dīn Khan // MAK (pol.).
  3. "Arxivlənmiş surət". 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-29.