Şərifə Bacı (təq. 1898, Seydilər[d], Kastamonu ili – dekabr 1921, Kastamonu, Kastamonu ili) ― Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmiş qadın, türk xalq qəhrəmanı. O 1921-ci ildə bir neçə aylıq qızı ilə birlikdə öküz arabası ilə cəbhəyə sursat daşıyarkən donub ölmüş və müharibədə öldüyü üçün şəhid elan edilmişdir. Şəhid Şərifə Bacı İstiqlaliyyət müharibəsində türk qadınlarının fədakarlıq və qəhrəmanlıqlarının simvoludur.
Şərifə Bacı | |
---|---|
türk. Şerife Bacı | |
Doğum tarixi | təq. 1898 |
Doğum yeri |
|
Vəfat tarixi | dekabr 1921 |
Vəfat yeri | |
Vəfat səbəbi | hipotermiya |
Fəaliyyəti | inqilabçı |
Vikianbarda əlaqəli mediafayllar |
1900-cü illərin əvvəlində Kastamonu vilayətinin Seydiler ilçəsindəki kəndlərdən birində anadan olub. Doğum tarixi dəqiq məlum olmasa da, evlənəndə onun on altı yaşı olduğu bilinir. Onun toyundan iki ay sonra Birinci Dünya müharibəsi başlamış və əri orduya çağırılmışdır. Altı ay sonra o, ərinin Çanaqqala döyüşündə (1915-1916) öldüyünü öyrənib. Kənd camaatı bu dəfə onu cəbhədə bomba partlaması nəticəsində sol ayağını və bir gözünü itirmiş yaralı müharibə veteranı Topal Yusuf ilə evləndiriblər. Yeni evliliyinin üçüncü ilində Şərifənin bir qızı dünyaya gəlmişdir. Qızın adı bəzi mənbələrdə Elif,[1] bizələrində isə Sıdıka[2] olaraq qeyd edilmişdir. Şərifə kənddə demək olar ki, hamıya, hər işə köməklik edən insan idi.[1][3]
1921-ci ilin qışında kəndlilər Türkiyə-Yunanıstan müharibəsində lazım olan döyüş sursatların daşınmasına kömək etməyə çağırıldı. Şərifə uşağı və bir neçə başqa qadınla birlikdə top güllələri yüklənmiş öküz arabalarını İneboludan Ankaraya aparırdılar. O, 1921-ci ilin dekabrında Kastamonu kazarmasına çatmalarına az qalmış şiddətli qış şəraiti səbəbindən soyuqdan həlak olmuş və arabasının üzərində ölü tapılmışdır.[1][3][4][5]
Cümhuriyyətin yaranmasının 50 illiyi münasibətilə 1973-cü ildə Seydilər ilçəsinin icra başçısı tərəfindən bələdiyyə binasının önünə Şərifənin relyefi qoyulub.[6]
1990-cı ildə şəhərdəki Respublika meydanında Tankut Öktəmin müəllifi olduğu və Atatürk, Şərifə Bacı və İstiqlaliyyət müharibəsindəki Kastamonu qadınlarını əks etdirən abidə qoyulub.[5] İnebolu sahilindəki xalq parkında jandarma baş komandanı Aytaç Yalmanın sifarişi ilə heykəltəraş Metin Yurdanurun ərsəyə gətirdiyi "Şəhid Şərifə Bacı"nın şərəfinə abidə ucaldılıb və abidənin açılışı 2001-ci il dekabrın 4-də baş tutub.
Türkiyənin Kastamonu[5][7] və digər şəhərlərindəki[8][9][10] məktəb və xəstəxana kimi bir çox qurum onun adını daşıyır.
2012-ci ilin fevral ayında ilkin olaraq planlaşdırılmış qırx Kastamonolu qadından on ikisi Şərifə Bacının 91 il əvvəlki ölümcül səfərinin xatirəsi üçün qış şəraitində İneboludan Kastamonuya qədər 105 km (65 mil) məsafəni üç gün ərzində qət ediblər.[4][11]
Şəhid Şərifə "Şərifə Bacı" adı ilə tanınır və İstiqlaliyyət müharubəsinin Kastamonu, Seydilər və İneboludakı qadın qəhrəmanlarını təmsil edir. Şərifə Bacı hər il fevralın 21-də anılır. Onun adını yaşatmaq üçün 2010-cu ildə Seydilərdə Şəhid Şərifə Bacı Mədəniyyət Evi Tikinti və Yaşatma Dərnəyi adı ilə bir dərnək və Şərifə Bacı Mədəniyyət Evi yaradılmışdır.[12][13]