Şərif Sönçələyev (1885—1959) — pedaqoq, xalq təhsilinin təşkilatçılarından biri. Başqırdıstan Dövlət Universitetinin ilk direktoru.
Şərif Sönçələyev | |
---|---|
Şərif Həmizulla oğlu Sönçələyev | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya imperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Moskva |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | Başqırd |
Elm sahəsi | etnoqraf |
Elmi dərəcəsi |
|
Şərif Sönçələyev 3 noyabr 1885-ci ildə Rusiya imperiyası, Saratov quberniyası, Starı Mostyak kəndində anadan olmuşdur. Rusiyada 1905-1907-ci illər inqilabında fəal iştirak etmişdir.
1907-ci ildə Kazan müəllimlər məktəbini bitirmişdir[1].
1907—1915-ci illər rus-başqırd dilindən Perm quberniyası, Osinski qəzası, Saraşı kəndində dərs demişdir.
1915-1917-ci illərdə Ufa quberniyası, Bələbəy qəzası Novo-Karqala rayonunda məktəbdənkənar təhsil sahəsində müəllim işləmişdir. 1916-cı ildə A. L. Şanyavski adına Moskva Şəhər Xalq Universitetində məktəbdənkənar təhsil üzrə üç aylıq kurs keçmişdir.
1917-ci ildə Ufaya köçmüşdür. Ufa Şəhər Şurasının işləri üzrə nümayəndəsi, Ufa quberniyası üzrə Ümum Rusiya Qurucu Məclisinin üzvü seçilmişdir. Xalq təhsil müəssisələrində işləmişdir - Milli azlıqlar bürosunun sədri (Natsmen), Birləşmiş İş Məktəb vahidinin rəhbəri, Başnarkompros Kollegiyasının üzvü.
1922-ci ildən Başqırdıstan MSSR Xalq Təhsil Komissarlığı müavini vəzifəsində çalışmışdır. Akademik Mərkəzdə Tədris və Metodoloji Komissiyasına rəhbərlik etmiş, 1925-ci ildən isə Akademik Mərkəzin sədri təyin edilmişdir. 1927-ci ilin sentyabrında Ufa Xalq Təhsili İnstitutunun rəhbəri olmuşdur. Sonradan bu instut 1929-cu ildə K. A. Timiryazev adına Başqırd Dövlət Pedaqoji İnstitutuna çevrilmişdir. "Baqırt Aymağı" regional jurnalını redaktə etdirmişdir.
13 iyun 1929-cu ildə K. A. Timiryazev adına Başqırd Dövlət Pedaqoji İnstitutu birinci direktoru təyin edilmişdir.
1930-cu ildən Moskvada yaşamış, A. N. Koşqin adına Moskva Dövlət Tekstil Universitetində dərs demşdir.
9 noyabr 1959-cu ildə Moskvada vəfat etmişdir. Moskvada Danilovski müsəlman qəbiristanlığında dəfn edilmışdir. Onun adına Ufada küçə vardır.
Şərif Sönçələyevin müəllifi olduğu bir çox məqalələr Parisdə buraxılan«Müsəlman» jurnalında rus dilində dərc edlmişdir. 1947-ci ildə onun Moskvada «Başqırdların etnik xüsusiyyətləri»[2] adı braşuru çıxmışdır.
Tatar yazıçısı Lyəbibi İxsanovanın (1923-2010) hekayələrini tərcümə etmişdir. Həyatının son illərini qardaşı Saqit Sönçələyevin nəşr üçün seçilmiş əsərlərinin toplusunu hazırlamağa sərf etmişdir.