Şərq adası (Havay)

Şərq adası (ing. East Island) — Frenç-Friqat-Şols arxipelaqı ərazisinə daxil olan, sahəsi 4.5 hektara bərabər ada.[1] Ada arxipelaqın ən böyük ikinci adası hesab olunur və Şimal-qərbi Havay adaları qrupuna daxildir.[2] O, Honolulu şəhərindən 890 km şimal-qərbdə yerləşir.[3] 2018-ci ildə Valaka qasırğası zamanı ada yer üzündən tamamilə silinmişdir.[3][4]

Şərq adası
ing. East Island
Şərq adasının Valaka qasırğasından əvvəlki (May 2018) və sonrakı (Oktyabr 2018) peyk görüntüsü
Şərq adasının Valaka qasırğasından əvvəlki (May 2018) və sonrakı (Oktyabr 2018) peyk görüntüsü
Ümumi məlumatlar
Sahəsi 0.045 km²
Əhalisi 0 nəfər (1952-ci il)
Yerləşməsi
23°47′14″ şm. e. 166°12′35″ q. u.
Ölkə  ABŞ
Vilayət
Rayon
Arxipelaq
Akvatoriya
Şərq adası xəritədə
Şərq adası
Şərq adası

Ada qum və çınqılla örtülüdür. Ada Papahanaumokuakea milli dəniz abidəsinin bir hissəsidir. Ərazisi nəsli kəsilməkdə olan növlər sırasına daxil olan Havay monax suitisininyaşıl tısbağanın yaşayış məskəni hesab olunur.[3] Havay yaşıl dəniz tısbağalarının 96%-i Frenç-Friqat-Şols arxipelaqında, yarısından çoxu isə Şərq adasında məskunlaşmışdır.[3]

Milli Okean və Atmosfer Tədqiqatları idarəsinin sədri Çarlz Littnan adanı "yaşıl dəniz tısbağalarının məskunlaşdığı ən vacib ada" kimi təsvir etmişdir.[3]

1944-cü ilin noyabr ayından 1952-ci ilin oktyabr ayına kimi ABŞ Sahil Mühafizəsi təşkilatı adadan LORAN radio naviqasiya stansiyası kimi istifadə etmişdir.[5] 1946-cı ilin aprel ayında adada sunami baş vermiş və ada ərazisinə xeyli ziyan dəymişdir. 1950-ci ilin avqust ayında isə ada tayfun qasırğası təhlükəsi ilə qarşılaşmış və əhalisi digər ərazilərə köçürülmüşdür.[5]

  1. «"Oh, mon Dieu, elle a disparu !" : une île hawaïenne engloutie après le passage d’un ouragan» Arxivləşdirilib 2021-12-04 at the Wayback Machine, Le Monde, 25 octobre 2018
  2. «East Island, Remote Hawaiian Sliver of Sand, Is Largely Wiped Out by a Hurricane» Arxivləşdirilib 2021-03-17 at the Wayback Machine, New York Times, 25 octobre 2018  (ing.)
  3. 1 2 3 4 5 "This Remote Hawaiian Island Just Vanished". Honolulu Civil Beat. 23 October 2018. 3 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2018.
  4. D'Angelo, Chris. "Remote Hawaiian Island Wiped Off The Map". Huffington Post. 23 October 2018. 30 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2018.
  5. 1 2 "LORAN Station French Frigate Shoals". LORAN History. 2012-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-10.