Şərq başınağacı

Şərq başınağacı (lat. Viburnum orientale) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.

Şərq başınağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şərq başınağacı Qərbi və Şərqi Zaqafqaziyada, dağların orta və aşağı zolağında bitir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-dək, hamar, qonur qabıqlı koldur. Budaqların və gövdələrin qabığı hamar, qonur, bünövrəsində çatlar vardır. Yarpaqları yumru, uzunluğu 6-15 sm, yuxarı hissəsi 3 pərli, əlvari yayılmış, damarcıqlı, bünövrələri ürəkvari və ya uzunsovdur, kənarı iri və iti dişli, bəzən qeyri-bərabərdir. Yarpaq ayasının üstü tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıqdır. Tumurcuqları 2 cüt pulcuqlu, qısa ayaqlarda yerləşir. Saplaqları qısa, bünövrələrində sapvari yarpaq altlıqları yerləşmişdir. Çiçəkləri ikicinslidir, altı-səkkiz şüalı, çoxçiçəkli, diametri 4-7 sm olan, çətirvari süpürgələrə yığılmışdır. Çiçək saplaqları qısa tükcüklərlə sıx örtülmüşdür, zəngvari çiçək tacının uzunluğu təxminən 3 mm, ləçəklərin uzunluğu 4 mm-ə çatır. Erkəkcikləri çiçək tacından uzundur. İyun-iyulda çiçəkləyir. Meyvələri ellipsvari, əvvəlcə parlaq qırmızı, sonra qara-al qırmızı, lətlidir; çəyirdəkləri hamar, uzunluğu 8-9 mm-dir. Meyvələri sentyabrda yetişir. Şərq başınağacı toxumlarla çoxalır, gövdə qələmləri kötük və zoğları ilə bərpa olunur.

İstisevən, kölgəyədavamlıdır. Torpaqların zənginliyinə və nəmişliyinə tələbkardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz meşələrində aşağı və orta yaruslarda bitir..

Yamacların eroziyadan, üst axının torpağın içərisinə keçməsindən qorunması üçün istifadə etmək daha perspektivlidir.