Şərqdə birinci (film, 1970)

Film Şərq xalqlarının I qurultayının 50 illik yubileyinə həsr olunmuşdur. Filmdə əsas yeri 1920-ci ildə Bakıda qurultay vaxtı çəkilmiş tarixi kinoxronika tutur və materialı qurultayın nümayəndəsi şərh edir. Ekranda Şərq ölkələri — Azərbaycan, İran, Suriya, Türkiyə, Misir, ÇinYaponiya xalqlarının nümayəndələrinin opera teatrına, qurultayın təntənəli açılışına necə getdikləri, burada Nəriman Nərimanovun məruzə etməsi öz əksini tapmışdır. Filmin sonunda Şərq xalqlarının I qurultayının 50 illiyinə həsr olunmuş iclas, Azərbaycan nümayəndələrinin bu gün Yaxın Şərq ölkələrində beynəlxalq vəziyyət barədə çıxışları da verilmişdir.

Şərqdə birinci
Fayl:Şərqdə birinci (film, 1970).jpg
Janr sənədli film
Rejissor Teymur Bəkirzadə
Ssenari müəllifləri Cəmil Quliyev
Teymur Bəkirzadə
Operator Tofiq Sultanov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1970
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1970
Texniki məlumatlar 2 hissə
530 metr
35 mm

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Teymur Bəkirzadə
Ssenari müəllifi: Cəmil Quliyev, Teymur Bəkirzadə
Operator: Tofiq Sultanov
Səs operatoru: Şamil Kərimov