Cəmil Quliyev (3 iyul 1963, Bakı, Azərbaycan SSR) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru (2019–2020), Azərbaycan Dövlət Film Fondunun direktoru, "Mədəniyyət" kanalının sabiq baş direktoru[1] (2011–2013), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi (2012), İctimai Televiziyanın sabiq baş direktoru[2] (2013–11.5.2018), Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri (2018–2019), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi,[3] 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru.[4]
Cəmil Quliyev | |
---|---|
Cəmil Elşad oğlu Quliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | |
Atası | Elşad Quliyev |
Fəaliyyəti | Rejissor, ssenari müəllifi, aktyor |
Fəaliyyət illəri | 1975-bu günə qədər |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID3612227 |
Vikianbarda əlaqəli mediafayllar |
Cəmil Elşad oğlu Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya İnstitutunu kinorejissor ixtisası üzrə (SSRİ Xalq Artistləri A. Alov və V. Naumovun emalatxanası) bitirib.
1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb, bir çox sənədli və bədii filmlərə quruluş verib. Cəmil Quliyevin quruluş verdiyi filmlər Fransa, İsveç, Türkiyə, Rusiya, Gürcüstan, Çexiya, Rumıniya və s. ölkələrdə Beynəlxalq festivallarda iştirak edib.
1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1998–2006-cı illərdə həmin Universitetin "Kino və televiziya sənəti" kafedrasının müdiri və dosenti olub. Hal-hazırda həmin universitetin professorudur.
2000–2005-ci illərdə Beynəlxalq Audiovizual Festivalın direktoru vəzifəsində çalışıb.
2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru,[5] 2011–2013-cü illərdə Mədəniyyət kanalının baş direktoru olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, 2013-cü il aprel ayının 23-dən 2018-ci il may ayının 5-nə kimi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru olub[6]. 1 avqust 2018-ci ildən 2019-cu ilədək Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri olmuşdur.[7] 2019–2020-ci illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışmışdır.
1990-cı ildən Beynəlxalq Kinematoqrafiya Konfederasiyasının, 1996-cı ildən Azərbaycan Jurnalistlər İttifaqının, 2010-cu ildən Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki və üzvüdür. 2009-cu ildə Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvü seçilmişdir.[8]
Rejissoru olduğu filmlər
Aktyor olduğu filmlər
Ssenari müəllifi olduğu filmlər
Bədii rəhbəri olduğu filmlər
Məsləhətçi olduğu filmlər
Prodüser olduğu filmlər