Şərqi Ərəbistan səfərləri və ya Sadiq Xanın Vəhhabilərə Qarşı Kampaniyası (fars : جنگ قاجار — وهابی ها). Müharibə təxminən 1812–1814-cü illərdə Qacarlarla Omanlılar arasında vəhhabilərə qarşı olub.
Qacar-Vəhhabi döyüşləri |
Yeri |
Oman, İran körfəzi və Şərqi Ərəbistan |
Nəticəsi |
Qacar-Oman qələbəsi |
Ərazi dəyişikliyi |
Maskat və Bəhreyn İran-Türkman-Oman qüvvələrinin nəzarəti altına keçdi |
|
|
|
3.000-dən çox öldürüldü
|
Bilinmir
|
|
|
1802-ci ildə Vəhhabilər Kəbəlaya hücum edib, buradaki Şiələri qətlə yetirdilər. İmam Hüseynin türbəsinin zərər görməsi Şiələr üçün son nöqtə oldu. Oman sultanı Said ibn Sultan Qacarlardan kömək istədi və uzun çəkən danışıqlardan sonra Fətəli şah Qacar Vəhhabilərə qarşı Omanlılarla birləşməyə razı oldu.
Fəth Əli şahın əmri ilə, Sə'ədi xanın başçılığı altında üç min döyüşçüdən ibarət böyük bir qoşun yığıldı. Bu qüvvə Bərkəyə doğru irəlilədi və hər iki tərəf birləşmiş qüvvələrə komandanlığı Səid ibn Sultanın öz üzərinə götürməsinə razılaşdılar. Səid ibn Sultanla Qacar şahının ittifaqının yaratdığı təhlükəni qabaqcadan hiss edən Diriyyə əmiri Səud ibn Əbdüləziz dostluq əlaqələri qurmaq və gözlənilən səfərin qarşısını almaq üçün şaha elçi göndərdi. Buna baxmayaraq, şah Səid ibn Sultanın tərəfində durmaya davam etdi və sərkərdə Sə'ədi xana göstəriş verdi ki, Səid ibn Sultanı üç min qacar süvari ilə geri qayıdarkən müşayiət etsin. Bu qüvvə 1812-ci ilin əvvəllərində Bərkəyə çatdı. Səid ibn Sultan və qoşunu Naxal qalalarını uğurla geri aldı. Vəhhabilərdən Şeyx Məhəmməd bin Nasir əl-Cəbri kömək üçün əl-Bureymidə olan Mutlaq əl-Mutairinin yanına getdi, lakin onun artıq getdiyini gördü. O, Mutlaqı təqib etdi və onu Qacar-Oman ittifaqına qarşı birləşməyə çağırdı. Mutlaq müxtəlif qəbilələri, o cümlədən Omandan olan Bəni Bu Əli qəbiləsini topladı. Bu əsnada Salem ibn Sultanın qüvvələri və Sə'ədi xanın başçılığı ilə Qacarlar İzkiyə toplaşdılar. Döyüş İzki yaxınlığında getdi və Qacar-Oman ittifaqı məğlub oldu. Mütləq əl-Mutairi qüvvələri Samail qalasını tutdu. Mutra talan edildi və Oman Sultanı Diriyyə İmamına illik xərac ödəməyə məcbur edildi. Səudiyyəlilər İzki döyüşündə qalib gəlsələr də, sonradan Qacarlar buranı geri ala bildilər. Omanlıların tələbi ilə Qacarlar vəhhabilərin mühasirəsində olan Maskat və Bəhreynə gəlib vəhhabiləri məğlub etdilər. Qacarlar ardıcıl olaraq Omanın vəhhabi hücumlarına qarşı müdafiəsini dəstəklədilər. Onlar Maskat və Bəhreyn kimi əsas nöqtələr üzərində strateji nəzarəti saxladılar. Bu, Qacarlar üçün də böyük əhəmiyyət kəsb edirdi, çünki İran körfəzi üzərində təsirlərini qoruyub saxlamağa kömək edirdi. 1818-ci ildə Osmanlıların Diriyyəni mühasirəyə alması və ələ keçirməsi vəhhabilərə böyük zərbə vurdu və bu onların ağır siyasi uğursuzluğuna səbəb oldu.