Vəhhabilik və ya vəhhabizm (ərəb.الوهابية ; əl-Vəhhabiya) — islamda XVIII əsrdə formalaşmış dini və siyasi hərəkatdır.
Hərəkat İbn Teymiyyənin (1263–1328) davamçısı olan Məhəmməd ibn Əbdülvahhabin (1703–1792) şərəfinə adlandırılmışdır. Əslində, "vəhhabilik" termini təsisçinin şəxsi adından deyil, onun "ibn Əbdülvahhab" – "Vahənin qulunun oğlu" nəsəbindən yaranmışdır. Nəsəbin ikinci hissəsi olan "əl-Vəhhab" Allahın adlarındandır. Bəzi müsəlmanlar bu adlandırmanı Allaha qarşı təhqir hesab edirlər. Məhəmməd ibn Əbdülvəhhab həqiqi İslamın yalnız Məhəmməd peyğəmbərin ardıcıllarının ("əs-sələf əs-salih") ilk üç nəsli tərəfindən tətbiq edildiyinə inanırdı və sonrakı bütün yeniliklərə etiraz edərək, onları kənar qüvvələr tərəfindən yeridilən bidət hesab edirdi.
Bəzi etnoqrafların baxış bucağına görə, vəhhabilik nisbətən yeni cərəyandır. Onlara görə, vəhhabilik şəhər sakinlərinin sərvətinə etiraz olaraq ifadə edilir. Odur ki, bu, bədəvi əhalinin, eləcə də din xadimlərinin bir hissəsi arasında sosial-iqtisadi və siyasi şəraitin ağırlaşmasının səbəb olmuşdu.[1] Hərəkat Osmanlı imperiyasına qarşı üsyanda da mühüm rol oynamışdır.[2]
Стецкевич, Михаил Станиславович. Мифы о «тоталитарных сектах» и «ваххабитах» в современной России: попытка анализа // Смыслы мифа: мифология в истории и культуре. Сборник в честь 90-летия профессора М. И. Шахновича (8 Серия «Мыслители»). СПб.: Издательство Санкт-Петербургского философского общества. 2001. 300.
Силантьев, Роман Анатольевич. Статистика ваххабитского террора в России в отношении мусульманского духовенства (1995-2012) // Мусульманский мир. № 1. 2014. 123—127.
Ярлыкапов А. А. Исследования по прикладной и неотложной этнологии № 134: Проблема ваххабизма на Северном Кавказе/ Российская акад. наук, Ин-т этнологии и антропологии. — М.: ИЭА, 2000. ISBN 5-201-14658-9