Şərqi Koreya cərəyanı

Şərqi Koreya cərəyanıTsuşima boğazından keçən və Tsuşima adası tərəfindən iki hissəyə ayrılan Tsuşima cərəyanının qərb qolu. Şərqi Koreya cərəyanının isti və duzlu suları Cənubi Koreyanın şərq sahilləri boyunca şimala istiqamətlənir. Burada artıq Yapon dənizinin daxili hissələrinə kimi gedir[1]

Şərqi Koreya cərəyanı
동한난류
Şərqi Koreya cərəyanı (4)
Şərqi Koreya cərəyanı (4)
Ümumi məlumatlar
Akvatoriya Sakit okean
Tip İsti
Orta axın cərəyanı 0,32
Duzluluğu 34,1-34,4 

Tsuşima cərəyanının bu qolu digər qollardan fərqli olaraq daga güçlü olması ilə seçilir. Bu axın Yapon dənizinin mərkəzində isti suların köməyi ilə şimala istiqamətlənir. Buradan artıq Şimali Koreya cərəyanı adını alır. Şimalda isə soyuq cəbhə ilə birləçdiyindən ərazidə daim duman müşahidə edilir.Bu cərəyanların sayəsində Koreya və Yaponiyanın iqlimi subtropik, Rusiyanın Primorsk vilayətinin iqlimi isə mülayimdir. Cərəyanın düzluğu 34,10-34,40 ‰ arasında dəyiişir. Cərəyanın tempperaturu +12 °С-dən heç vaxt aşağı düşmür. Cərəyanın orta eni 50 kilometrdir..

Cərəyanın ən güçlü sürəti açıq dənizdə müşahidə edilir. Orta sürət 9 sm/s (1968). Cərəyanın sürəti dəyişkəndir. Yayda sürət artır (47 sm/s), qışda isə azalır (17 sm/s).

Cərəyanın araşdırılması ilə yapon alimləri K. Tanioka (1968) və K. Şuto (1982) məşqul olmuşdur.

  1. "Yapon dənizi->Hidrologiya->Axınlar-> Yaponiya dənizinin əsas axınları". 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.